Rusiya Azərbaycana daha 15 "Tank qatili" göndərəcək
12:55 29.06.2017
Arxiv
451
Rusiya iyunun 25-də Azərbaycana ən azı 12 "Xrizantema-S" tank əleyhinə idarəolunan raket kompleksi göndərib.
Sherg.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Londonda mənzillənmiş, hərbi və təhlükəsizlik mövzuları üzrə ixtisaslaşmış "Jane's Defence Weekly" bildirir. Xəbərin müəllifi isə jurnalın erməni əməkdaşı Eduard Abramyandır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya ilə bağlanmış müqavilələr əsasında yeni silah partiyasının Bakıya gətirildiyi barədə məlumat yayıb. Nazirliyin yaydığı kadrlara əsasən Rusiya "Bəstəkar Raxmaninov" gəmisi ilə Bakıya "Xrizantema-S" tank əleyhinə raket kompleksləri, bu komplekslərin tərkibinə daxil olan komanda-qərargah maşını və digər sistemlər, habelə "Xrizantema-S" raketləri göndərib. Hərbi qaynaqlardan virtualaz.org-a məlum olmuşdu ki, Bakıya cəmi 42 eşalon hərbi texnika gətirilib. Müdafiə Nazirliyi Rusiyadan silah gətirilməsinin davam edəcəyini bildirib.
"Jane's Defence Weekly" bildirir ki, Rusiya 2018-ci ilin sonlarına qədər Azərbaycana əlavə olaraq 15-dən çox "Xrizantema-S" kompleksi göndərəcək.
"Xrizantema-S" kompleksləri təchiz olunduğu eyni adlı raketin yüksək dağıdıcı gücünə və dəqiqliyinə görə "Tank qatili" adını alıb. Bu raketlər hazırda dünya ordularının silahlanmasında olan istənilən zirehli texnikanın zirehini dəlməyə, o cümlədən müasir tankların aktiv və dinamik müdafiə sistemlərini dəf etməyə qadirdir. "Xrizantema-S" 6 kilometrə qədər məsafədə eyni vaxtda iki hədəfi vura bilir. Üç belə kompleks tank rotasının hücumunun qarşısını almaq və rotanın tanklarının yarıdan çoxunu cəmi bir neçə saniyədə sıradan çıxarmaq imkanındadır.
Azərbaycan "Xrizantema-S" kompleksləri ilə silahlanan iki-üç ölkədən biridir. Bundan əlavə Azərbaycan İsraildən tank əleyhinə "Spayk" raketlərinin bir neçə modifikasiyasını əldə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya
Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb
19:19 14.04.2026
Dünya