Elxan Şahinoğlu: “Dünya tarixində bir dövlətin başqa bir dövlətə silah almaq üçün kredit verməsi nümunəsi ilk dəfədir”
Rusiya Ermənistanı silahlandırır
21:13 25.02.2016
Arxiv
765
Əli Əhmədov: “Biz bunu ikili standartların əsas forması sayırıq”
Elxan Şahinoğlu: “Dünya tarixində bir dövlətin başqa bir dövlətə silah almaq üçün kredit verməsi nümunəsi ilk dəfədir”
Elxan Şahinoğlu: “Dünya tarixində bir dövlətin başqa bir dövlətə silah almaq üçün kredit verməsi nümunəsi ilk dəfədir”
Rusiyanın Ermənistanı silahlandırması ətrafında gərginlik davam edir. Rusiyanın Ermənistana ağır hərbi texnika və silah satmasına münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib ki, təcavüzkar dövlət olan Ermənistanın bir çox beynəlxalq qurumlar tərəfindən də Azərbaycanın torpaqlarını işğal etməsini təsdiq edildiyi halda, o dövlətə silah sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulmasına, gərginliyin artmasına əlavə addımlar deməkdir.
Ə.Əhmədovun fikrincə, Ermənistana silah satılması ikili standart, bölgədə sabitliyin pozulmasına cəhddir. Baş nazirin sözlərinə görə, müavini vurğulayıb ki, bəzi hallarda bu silah-sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır: "Əlbəttə, onların bu barədə həmişə bəhanələri olur. Ermənistan bunların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasını bəhanə gətirir. Bəhanəni də həmişə tapmaq olar. Biz bunu pisləyirik. Biz bunu ikili standartların əsas forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin yenidən bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, dünya tarixində bir dövlətin başqa bir dövlətə silah almaq üçün kredit verməsi nümunəsi ilk dəfədir: "Sosial-iqtisadi vəziyyəti ağır olan Rusiyanın belə bir addımı atmasında məqsəd Ermənistanın Türkiyə və Azərbaycan qarşısında zəifləməməsini təmin etməkdir. Azərbaycanın hərbi imkanları Ermənistandan dəfələrlə çoxdur. Ona görə Rusiya Ermənistana silah alması üçün kredit ayıraraq Ermənistanın hərbi gücünün artmasına kömək edir”.
Politoloqun fikrincə, Ermənistan ayrılan krediti geri qaytarmayacaq: "Ermənistan kasıb dövlətdir. Bu ölkə 200 milyon dolları geri qaytara biləcəkmi? Aydındır ki, bu Ermənistana bəxşiş kimi verilən puldur. Rusiya başa düşməlidir ki, bu Azərbaycana xoş olmayan jestdir. Kreditin ayrılması ilə məlum olur ki, Rusiyada müəyyən dairələr Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər. Ona görə də Ermənistanı bu yolla silahlandırmağa çalışırlar”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri isə deyib ki, münaqişə tərəfləri arasında vasitəçilik edən dövlətlərin beynəlxalq razılaşması var ki, savaş aparan ölkələrin heç birinə silah satılmasın: "Azərbaycana münasibətdə bu prinsiplər eyni ilə tətbiq olunur. Nə Avropa ölkələri, nə də Amerika Azərbaycana silah satır. Ən maraqlısı da budur ki, bu anlaşmanı sevən yeganə tərəf Rusiyadır. Yəni, Rusiya həm savaşı bilavasitə yaradan tərəf, həm də bu prosesi idarə edən tərəf rolunda çıxış edir. Onun yeritdiyi siyasət heç bir çərçivəyə sığmayan qeyri-hüquqi bir davranışdır”.
Politoloqun sözlərinə görə, indiki halda Rusiyanın bu addımına təpki vermək mümkünsüz bir siyasətdir: "Rusiya Ukraynanın Krım əyalətini işğal və ilhaq etməklə bütün beynəlxalq münasibətlər sisteminə böyük bir zərbə vurmuş oldu. Bu gün bu münasibətləri nə geosiyasi, nə də hüquqi anlamda tənzimləmək mümkün deyil. Hətta Rusiyanın özü istəsə belə düşdüyü hərbi vəziyyətdən çıxa bilmir. Ukraynadakı savaşdan sonra Rusiya Suriyaya hərbi müdaxilə etməklə ona heç bir aidiyyəti olmayan Yaxın Şərq münaqişəsinə qatıldı. Bu proses isə bu gün də davam edir. Bu baxımdan indiki halda Azərbaycanın Rusiya qarşısında tələblər qaldırması absurd məsələdir”.
N.Mirinin sözlərinə görə, Ermənistanın silahlandırılması Yaxın Şərqdə və Türkiyə ilə qonşuluqda qüvvələr nisbətinin Rusiyanın xeyrinə dəyişmək məqsədi daşıyır: "Bəlkə də kredit məsələsi də heç həqiqəti yansıtmır. Sadəcə ortalığa atılmış informasiya müharibəsindən başqa bir şey deyil. Hamısı Rusiyanın yalan siyasətinin tərkib hissəsidir. Ermənistanı gücləndirməklə həm Azərbaycanı nəzarətdə saxlamaq, həm də Türkiyə üçün çəkindirici məqam kimi bundan yararlanırlar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual