"Rusiya NATO"su erməniyə tapşırıldı





Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi təyin olunub.

Sherg.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu KTMT-nın baş katibi vəzifələrini icra edən Valeri Semerikov bildirib.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin təyinatı haqqında məsələnin müzakirəsi vaxtı Xaçaturov Yuri Qriqoreviçin 2 maydan həmin vəzifəyə təyin edilməsi barədə yekdil qərar qəbul edilib", - V.Semerikov vurğulayıb.