"Bu isə Azərbaycanın heç zaman qəbul etməyəcəyi məsələdir. Çünki qondarma Dağlıq Qarabağın heç bir müstəqil qüvvəsi yoxdur. "Dağlıq Qarabağ” Ermənistanın, Ermənistan isə Rusiyanın alətidir. Heç bir siyasi iradəsi, resursları olmayan qüvvəni Azərbaycan Respublikası ilə danışıqlara əyləşdirmək istəyirlər. Onlar da buna görə, beynəlxalq hüquqa zidd olan şərtlər irəli sürürlər. Rusiya özünü vasitəçi, sülhpərvər göstərməyə çalışsa da, işğalçı qüvvələri dəstəkləyir və bu münaqişə vasitəsilə onlara öz iradəsini qəbul etdirir.
"Rusiya özünü sülhpərvər göstərməyə çalışsa da, işğalçı qüvvələri dəstəkləyir" - Politoloq
10:10 13.07.2018
Arxiv
685
"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar zamanı tərəflər və həmsədrlər masa arxasına əyləşdikdə məlum olur ki, hər tərəfin öz şərti var”.
Bunu "Sherg.az”a Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerininin "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilkin şərtlər olmadan danışıqlara başlamalıdırlar " bəyanatını şərh edərkən politoloq Zərdüşt Əlizadə söyləyib.
O diqqətə çatdırıb ki, Ermənistan tərəfinin şərti qondarma Dağlıq Qarabağın münaqişə tərəfi kimi qəbul edilməsidir:
"Bu isə Azərbaycanın heç zaman qəbul etməyəcəyi məsələdir. Çünki qondarma Dağlıq Qarabağın heç bir müstəqil qüvvəsi yoxdur. "Dağlıq Qarabağ” Ermənistanın, Ermənistan isə Rusiyanın alətidir. Heç bir siyasi iradəsi, resursları olmayan qüvvəni Azərbaycan Respublikası ilə danışıqlara əyləşdirmək istəyirlər. Onlar da buna görə, beynəlxalq hüquqa zidd olan şərtlər irəli sürürlər. Rusiya özünü vasitəçi, sülhpərvər göstərməyə çalışsa da, işğalçı qüvvələri dəstəkləyir və bu münaqişə vasitəsilə onlara öz iradəsini qəbul etdirir.Avropa İttifaqının isə danışıqlarda rol oynayacağını düşünmürəm. Sadəcə, Aİ-nin imkanlarını düzgün qiymətləndirmək lazımdır. Bu təşkilat iqtisadi cəhətdən nəhəngdir, amma siyasi baxımdan kiçikdir”.
Qeyd edək ki, F. Moqerini Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü əsnasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini bir daha dəstəkləyib:
"Bu kontekstdə tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region