“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya niyə gəlib ? - ŞƏRH






"Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakı səfərinin məqsədi Azərbaycanla bağlı görüşlər keçirmək deyil”.

Bu barədə "Sherg.az”a millət vəkili Rasim Musabəyov danışıb. O xatırladıb ki, V. Gerasimov Bakıda NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti ilə görüşəcək:

"Görüş Bakıda baş tutduğuna görə, ölkə başçısı İlham Əliyev qərargah rəisini qəbul edib. Prezident NATO baş komandanı ilə söhbətlər aparıb. Burada Azərbaycanla bağlı hər hansı məsələnin müzakirə olunması dəqiq deyil. Azərbaycan öz mövqeyini çatdırır, rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin gedişi ilə əlaqədar məlumatlandırır. Lakin sözügedən səfərlər münaqişə ilə bağlı deyil”.

Qeyd edək ki, tərəflər Rusiya və NATO-nun Avropa regionunda hərbi fəaliyyətini, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Aysel Aslan