Rusiya şimal sərhədimizdə təlim keçir
21:15 06.04.2016
Arxiv
602
“Azərbaycan bu cür təhdidlərdən çəkinməməlidir”
Rusiya ordusu Dağıstanda böyük hərbi təlimlərə başlayıb. Rusiya Federasiyasının Cənub hərbi dairəsinin motoatıcı briqadasının təxminən 1000 hərbi qulluqçusu və 300-dən çox hərbi texnikası "Dalni” poliqonuna yollanıb. Federasiyanın ordusu burada taktiki təlimlər keçəcək.
Təlimdə silahlardan və qumbaraatanlardan istifadə edilməsi planlaşdırılır. "Qrad” və "T-90A” tankları və piyada döyüş maşınları təlimlərdə yer alacaq.
Təlim bir neçə gün davam edəcək və 9 apreldə yekunlaşacaq.
Sözügedən təlimləri şərh edən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, Rusiyanın Azərbaycanın şimal sərhədlərində hərbi təlimlərə başlaması birmənalı olaraq, Qarabağ cəbhəsində keçirilən hərbi əməliyyatlarla bağlıdır: "Əməliyyatların intensiv xarakter aldığı mərhələdə xarici işlər naziri və müdafiə nazirləri səviyyəsində Azərbaycana etdikləri müraciətlərə rəğmən atışmalar dayandırılmadı. Azərbaycanın öz torpaqlarını azad etmək iddiasında olduğunu və ordumuzun bu istiqamətdə real addımlar ataraq öz qəhrəmanlığını nümayiş etdirdiyini görən Rusiya erməni ordusunu xilas etmək üçün əl-ayağa düşdü. Hətta Rusiya Prezidenti Putin səviyyəsində Azərbaycanın Ali Baş Komandanına döyüşün dayandırılmasına dair müraciət olundu. Ardınca isə Rusiya dərhal Dağıstanda hərbi təlimlərə başladı. Bu, birbaşa Azərbaycana qarşı "əzələ nümayişi” və təhdid xarakterli bir addımdır. Ancaq Qarabağ uğrunda gedən savaşda xalqın bir yumruq kimi ordumuzun ətrafında birləşməsi, Bakıda və yerlərdə əsgərlərə dəstək aksiyalarının keçirilməsi fonunda biz Rusiya fobiyasını yox etməliyik. Bəli, artıq şimal ayısı qorxusundan azad olmağın tam vaxtıdır. Rusiyanın şimal sərhədlərimizə qoşun yığması çəkindirici xarakter daşısa da, Azərbaycan bu cür təhdidlərdən çəkinməməlidir”.
Rusiyanın şimal sərhədlərimizdən Azərbaycana hərbi müdaxilə etməsi ehtimalının absurd olduğunu deyən politoloqa görə, bunun üçün nə siyasi, nə də hərbi hüquq zəmin var: "Rusiya əl-qolunu sallayaraq, Azərbaycana birbaşa qoşun yeridə bilməz. Bura Suriya deyil ki, Rusiyanın qırıcı təyyarələri bir neçə saatın içərisində havadan hücumlar endirsin. Mənim zənnimcə, Azərbaycan Rusiyanın atəşkəs çağırışlarını 3 gün daha qulaqardına vurmalı və ordumuza irəliləmə əmri verməli idi. Hesab edirəm ki, həmin müddətdə əsgərlərimiz mühüm strateji bölgə olan Füzuli və Cəbrayıl rayonlarını azad etməli idi ki, danışıqlar masasında Azərbaycan əlidolu otursun. Bu gün dünyadakı geosiyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişməkdədir. O cümlədən də status-kvonu Azərbaycan birtərəfli qaydada dəyişib. Ölkəmiz güclü tərəf olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bir masaya diktə edən tərəf kimi oturmalıdır. Əgər dünənə qədər qalib tərəf Ermənistan idisə, bu gün artıq qalib bizik. Deməli, artıq Madrid prinsipləri Azərbaycan üçün müzakirə predmeti deyil. Bizim üçün ancaq BMT-nin qətnamələrinin icrası məsələsi müzakirə mövzusu ola bilər. Əks halda, Azərbaycan BMT nizamnaməsinin gərəyi olaraq, öz torpaqlarını hərbi yolla işğaldan azad etməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya