
Rusiya Suriyada erməni taborunu niyə yaradıb ? –Pərdəarxası
12:52 25.04.2019
Arxiv
990
Cümşüd Nuriyev :“Yeni terror təşkilatının yaradılması həm Türkiyəyə, həm də Azərbaycana qarşı atılmış bir addımdır ”“Hazırda Türkiyə-Rusiya münasibətləri yaxşı görünsə də, alt qatda Moskva keçmişin intiqamı ilə alışıb-yanır”
"Biz hələ informasiya arxasınca sürünürük. Məsələ qurtarandan sonra müzakirəyə başlayırıq”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
Professor bildirib ki, Suriyada erməni taborunun yaradılması çox ciddi məsələdir:
"Yeni terror təşkilatının yaradılması həm Türkiyəyə, həm də Azərbaycana qarşı atılmış bir addımdır. Bir məqamı vurğulamaq lazımdır ki, Suriyanın erməni terror təşkilatı yaradılan ərazisi ABŞ-ın yox, Rusiyanın nəzarətindədir.

PKK-nı yaradan ASALA-dır. Terrorçuların rəhbəri Abdullah Öcalan da ermənidir. Anası kürd olsa da, atası ermənidir.
Erməniləri yenidən ortaya atanların məqsədi region ölkələri arasındakı münasibəti korlamağa xidmət edir. Rusiya Suriya ərazisində PKK-nı gücləndirməklə Türkiyəyə təzyiq rıçağını əlində saxlamağa çalışır. Şübhəsiz ki, bu, Azərbaycana qarşı da siyasi təzyiq növüdür. Atılan addımlar Rusiyanın Qafqaz siyasətinə xidmət edir.
Türkiyə son 300 ildə Rusiya ilə apardığı 10 müharibənin 6-da ruslara qalib gəlib. Hazırda Türkiyə-Rusiya münasibətləri yaxşı görünsə də, alt qatda Moskva keçmişin intiqamı ilə alışıb-yanır. Ona görə də Türkiyə ehtiyatı əldən verməməlidir”.
Analitikin fikrincə, ermənilərin yenidən silahlı dəstə yaratması xarici güclərin layihəsidir:
"Necə ki, 1984-85-ci illərdə ermənilərin əliylə PKK-nı yaratdılar, indi də kürdlərin əli ilə erməni terror təşkilatını qurmağa çalışırlar. Bu təhlükə sadəcə Suriya və İranla kifayətlənməyəcək. Erməni terror təşkilatının təlimi üçün ən "əlverişli” məkan Dağlıq Qarabağdır. Problem isə ondadır ki, Qarabağı düşməndən təmizləyənə qədər bu cür şantajlara və təhdidlərə məruz qalacağıq”.
Qeyd edək ki, Suriyada YPG-nin nəzdində 200 nəfərlik erməni taboru yaradılıb. Erməni qruplaşmanın Türkiyə və Azərbaycanı hədəfə aldıqları deyilir.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region