Elman Məmmədov: “Bu Ermənistana işğalçılıq siyasətini davam etdirməsi üçün stimul verir”
Rusiya və Ermənistan ordusu Qafqazda birləşir?
“Moskva Bakının hərbi yola əl atmasını sürətləndirir”
Elman Məmmədov: “Bu Ermənistana işğalçılıq siyasətini davam etdirməsi üçün stimul verir”
Elman Məmmədov: “Bu Ermənistana işğalçılıq siyasətini davam etdirməsi üçün stimul verir”
Zahid Oruc:"Atılan addımlar qətiyyən Sarkisyanın qələmə verdiyi kimi birgə ordu yaradılmasına hesablanmayıb”
Rusiya və Ermənistan Qafqazda birləşmiş qoşun formalaşdırır.
Rusiya mətbuatının verdiyi xəbərə görə, Vladimir Putinə təqdim olunan saziş layihəsində
ordunun "Qafqaz bölgəsində, tərəflərin təhlükəsizliyini təmin etmək məqsədi ilə” yaradıldığıqeyd olunub. Hər iki dövlət arasında imzalanacaq müqavilənin 5 illik olduğu və tərəflər
müqavilədən çıxmaq istəmədiyi təqdirdə, uzadılacağı qeyd olunur.
Qurulacaq ordunun əsas vəzifəsinin bu iki ölkədən birinə silahlı hücumu ediləcəyi halda,
sərhədləri qorumaq olduğu bildirilir. Orduya Ermənistan Prezidenti komandanlıq edəcək, amma
bütün işləri Rusiya Ali Baş Komandanı ilə koordinasiya edəcək.
"İnterfax”ın məlumatında isə Rusiya Prezidenti Vladimir Putinin hökumətin Rusiya
Federasiyası və Ermənistan arasında Silahlı Qüvvələrin birləşdirilmiş qrupunun yaradılması
haqda təklifi dəstəklədiyi öz əksini tapıb.
Bununla bağlı Rusiya Prezidentinin sərəncam imzaladığı bildirilib. Putinin sərəncama əsasən
prezident Rusiya Müdafiə Nazirliyinə XİN-in iştirakı ilə Ermənistan tərəfilə danışıqlar aparmağı
və Rusiya Federasiyası adından sazişi imzalamağı tapşırıb.
Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə Rusiya
ilə Ermənistan arasındakı bu hərbi birliyin Azərbaycan üçün heç bir təhlükə yaratmadığını
deyib: "Doğrudur, artıq Sarkisyan administrasiyası bu məsələnin geniş təbliğatını aparmağa
başlayıb. Bunun isə arxasında rejimin maraqları dayanıb. Əvvəla, rejim bu yolla cəmiyyəti
sakitləşdirməyə çalışır. Məqsəd isə erməni xalqının təhlükəsizliyi üçün Rusiyanın öz üzərinə
daha çox öhdələnməsinə cəmiyyəti inandırmaqdan ibarətdir. Amma atılan addımlar qətiyyən
Sarkisyanın qələmə verdiyi kimi birgə ordu yaradılmasına hesablanmayıb. Ermənilərin Dağlıq
Qarabağdakı separatçı rejimin silahlı qüvvələri ilə birlikdə 100 min hərbi dəstələri mövcuddur.
Belə çıxır ki, bir milyonluq ordu qüvvələrinə sahib Rusiya özünün bütün imkanlarını zəif bir
ölkənin ordusu ilə birləşdirir? Əlbəttə ki yox! Söhbət lokal səviyyəli hərbi birləşmədən gedir. Bu
isə bizim üçün o qədər də əhəmiyyətli deyil. Onsuz da Gümrüdə Rusiyanın 4000-dən artıq hərbi
kontingenti mövcuddur”.
Z.Oruc güman edir ki, ermənilər bu addımı rus qoşunlarının Qarabağda ermənilər tərəfindən
döyüşəcəyi kimi təqdim edəcəklər. O cümlədən də Azərbaycanda antirus mövqeyində olan
ekspertlər iddia edəcəklər ki, Rusiya və Ermənistan Qafqazda birləşmiş qoşun formalaşdıracağı
halda Azərbaycan ordusu səngərdə ruslarla döyüşəcək. Amma bu, heç bir halda inandırıcı deyil.
Əslində elə ermənilərin də niyyəti xəbərin bu cür dəyərləndirilməsi fonunda Azərbaycanla
Rusiya arasındakı münasibətlərin korlanmasına nail olmaqdır. Halbuki Rusiyanın bu addımı heç
bir halda Azərbaycana qarşı yönəlməyib. Ehtimal olunur ki, Rusiyanın bu addımı qərb qüvvələri
və NATO hərbi birləşmələrinin bölgədə güclənməsinə hesablanıb. Cənubi Qafqazda öz
mövqeyini gücləndirmək istəyən Rusiya eyni zamanda əsgərlərinin Ermənistanda mövcudluğuna
bu adla bəraət qazandırmaq niyyətindədir”.
Vladimir Putinin Ermənistanla birgə qoşun qruplaşmasının yaradılması ilə bağlı sazişi
təsdiqləməsi fonunda Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlığın daha da dərinləşəcəyi
ilə bağlı ehtimallara gəldikdə isə millət vəkili hələ bir müddət əvvəl hər iki ölkənin hərbi
qüvvələrinin birləşdirilməsi haqqında təklif verdiyini xatırladıb:
"Ən azından bir briqada səviyyəsində birliyə nail olmaq Azərbaycana Türkiyənin hərbi imkanlarından və resurslarından, təcrübəsindən faydalanmaq imkanı yaradar”.
"Ermənistan Rusiya üçün bir vilayət, quberniya rolunu oynayır”.
Bu sözləri isə Sherg.az-a açıqlamasında millət vəkili Elman Məmmədov söyləyib.
Deputat diqqətə çatdırıb ki, bu birləşmə Azərbaycanın mövqeyinə təsir göstərməyəcək:
"Baxın, Rusiya və Yaponiya arasında mübahisəli ərazilər mövcuddur. Moskva bu əraziləri
Yaponiyaya güzəştə gedər, lakin Ermənistanın mövqeyinin zəifləməsinə heç vaxt imkan verməz.
Çünki Ermənistanı ermənilər üçün Rusiya yaradıb. Tarixi Çar Rusiyasından indiki Rusiya
Federativ Respublikasına qədər əvəz olunan dövlətlərin hamısı Ermənistanın qorunması üçün
çalışıb.
Ermənistan müstəqil dövlət deyil, Rusiyanın əyaləti, quberniyası, vassalı və ya ərazisi kimi
mövcuddur. Hazırki şəraitdə Moskva Cənubi Qafqaza, o cümlədən bütün Yaxın Şərq regionuna
nəzarət etmək üçün Ermənistanı əlində vasitə edib. Birləşmiş qoşun hissələrinin yaradılması ilə
prezident Vladimir Putin növbəti dəfə işğalçı dövlətin tərəfində olduğunu beynəlxalqictimaiyyətə bəyan etdi və "Ermənistana sözü olan qarşısında məni görər” mesajı verdi. Tarix
boyu bu mövqe təkrarlanıb, bu gün də güclənir”.
Parlament üzvünün sözlərinə görə, rəsmi Bakı Moskvanın Dağlıq Qarabağ münaqişəsində
ədalətli mövqe tutmasının tərəfdarıdır:
"Rusiya həmsədr dövlət olaraq beynəlxalq ictimaiyyətdə açıq aşkar mövqeyini ifadə edir. Demək
olar ki, hər il Rusiya Ermənistanla təhlükəsizlik haqqında təşəbbüslər göstərir, müqavilə
imzalayır. Bu Ermənistana işğalçılıq siyasətini davam etdirməsi üçün stimul verir. Mövcud
şəraitdə Ermənistan ordusunun Azərbaycan torpaqlarında olduğunu hər kəs bilir. Bu ilin aprel
ayında cəbhə xəttində baş verənlər də bunu təsdiq etdi. Bu vəziyyət bizim üçün nə qədər xoşagəlməz olsa da, Rusiyadan qorxub ümidsizliyə qapılmalıyıq. Rusiya ilə bərabər başqa güclü dövlətlər də Ermənistanın təhlükəsizliyini nəzarətə götürsə belə bizə təsiri olmayacaq. Çünki Azərbaycanın məqsədi Ermənistan sərhədlərini pozmaq deyil, sadəcə işğal edilmiş torpaqlarını geri qaytarmaqdır. Rusiyanın Ermənistana bu cür himayəsi bizim hərbi yola əl atmağımızı sürətləndirir”.
Şəymən,
Ayyət