"Rusiya və İran liderləri Dağlıq Qarabağ münaqişəsinə ciddi yer ayırmadı" - Tehran görüşü
13:12 02.11.2017
Arxiv
877
"Sadəcə, münaqişənin dinc yolla həllini vurğuladılar. Azərbaycan isə bütün tədbirlərdə çıxış etməklə əsas Dağlıq Qarabağ münaqişəsinin həllini önə çıxarır"
"Üç ölkə lideri arasındakı ilk görüş Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda keçirilib”.
Bunu "Sherg.az”a Tehranda keçirilən Rusiya İran və Azərbaycan prezidentlərinin görüşünün nəticələrini şərh edərkən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
O bildirib ki, prezidentlər Şimal-Cənub nəqliyyat dəhlizi, kənd təsərrüfatı məhsullarının alış-verişi, beynəlxalq terrorçuluğa qarşı mübarizə, energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər:
"İranı narahat edən əsas məsələ atom-nüvə proqramı ilə bağlı ABŞ-ın təzyiqləridir. 2015-ci ilin iyulunda ABŞ-ın iştirakı ilə əhatəli razılaşma sənədi imzalansa da, Donald Tramp hakimiyyətə gələndən sonra müqavilədən çıxmağı bəyan edib. Bu məsələ Rusiya və Avropa Birliyini də narahat edir.
İran və Rusiya arasında müzakirə edilən məsələlər arasında Suriyanın perspektivi, Bəşər Əsəd məsələsi, bölgədəki kürdlərin fəaliyyəti, Kürd vilayətində referendumun nəticələri və s. var.
Dövlət başçılarının üçtərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə predimeti olub. Azərbaycan Prezidenti İlham Əliyev görüşün yekununa dair mətbuat konfransında bir daha bəyan etdi ki, Azərbaycan torpaqları hələ də işğal altındadır. Prezident bir çox hallarda beynəlxalq normalar işləmədiyini və o normaların kobudcasına pozulduğunu vurğuladı”.
Belə işgüzar görüşlərdə adətən sənədlərin imzalanmadığını söyləyən S.Soltan bəyan edib ki, tərəflər qarşılıqlı əməkdaşlıqlarla bağlı fikir mübadiləsi aparır, gələcək işlər üçün müəyyən əsaslar yaradırlar:
"Bu üç ölkənin ortaq məsələləri az deyil. Bunlardan biri də Xəzərin hüquqi statusudur. Məsələnin müzakirəsi məqsədilə bu yaxınlarda Xəzəryanı dövlətlərin sammitinin keçirilməsi nəzərdə tutulub.
Bölgə üçün əhəmiyyətli layihələrdən biri də Şimal-Cənub nəqliyyat dəhlizidir. Ölkə başçısı Tehranda keçirilən üçtərəfli sammitdə bu layihənin Azərbaycan ərazisindən keçən hissəsinin başa çatdığını vurğulayıb. Lakin bunun əksinə, İran ərazisindən keçəcək olan Astara-Rəşt dəmir yolu xətti başa çatdırılmayıb. BTQ dəmir yolunun istifadəyə verilməsindən sonra Astara- Rəşt-in də istifadəyə veriləcəyi gözlənilirdi. Lakin bu müxtəlif səbəblərdən baş tutmadı.
Ümumiyyətlə, region ölkələri arasında müzakirə olunması vacib məsələ ilk növbədə Dağlıq Qarabağ münaqişəsidir. Lakin Rusiya və İran prezidentlərinin çıxışlarında bu məsələyə elə də ciddi yer ayrılmadı və atılacaq addımlar görülmədi. Sadəcə tərəflər münaqişənin dinc yolla həllini vurğuladılar. Azərbaycan isə bütün tədbirlərdə çıxış etməklə əsas Dağlıq Qarabağ münaqişəsinin həllini önə çıxarır.
Bütövlükdə belə üçtərəfli görüşlər keçirilməsi müsbət haldır. Lakin əsas məsələ bu tədbirlərin nəticəsində hansı nəticənin əldə olunmasıdır. Görüşün nəticəsində atılacaq addımlar perspektivdə 3 dövlətin xarici işlər nazirliklərinin görüşündə, imzalanacaq sənədlərdə öz əksini tapa bilər. Hələlik isə bəyanatlardan başqa Azərbaycan cəmiyyəti üçün elə ciddi mesaj olmadı”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual