Rusiya və Türkiyə fitnələrə uymasınlar

Axı “hansı rusu qaşısan, dərisinin altdan tatar çıxar” deyimini də Putin bilməmiş deyil...
Fədai Qaraxanlı




Türkiyə-Rusiya münasibətlərinin müsbət mənada son yüzilliklərin ən yüksək həddinə çatması bu dövlətləri sevməyən qüvvələrin ürəyincə deyildi. Türkiyə daxilində PKK-çılar, Rusiyada isə bəzi 
yəhudilər və ermənilər bu yaxınlaşma ilə heç cür barışmaq istəmirdilər. Hətta Qərb dövlətləri Ukrayna məsələsinə görə Rusiyaya qarşı iqtisadi qadağalar tətbiq edəndə də, Türkiyənin Rusiyaya tərəf çıxması bu qüvvələri qane etmirdi.

Onda da Rusiya mətbuatına və teleməkanına sahib olan yəhudi və erməni jurnalistlərinin, deputatlarının, eləcə də siyasətçilərinin hər fürsətdə bu münasibətlərə ironiya ilə yanaşdıqlarının hamımız şahidiyik.

Görünür, Türkiyə ilə yarıdan çoxu türk xalqlarından ibarət olan Rusiya dövlətinin dostlaşması bu qüvvələrin gələcək planları ilə üst-üstə düşmür... Təkcə Orxan Zeynalov olayını xatırlatmaq kifayətdir ki, Rusiyada bu hadisədən azərbaycanlılara, türklərə qarşı necə şühəda tamaşa düzəltdilər. Amma bu ilin əvvəllərində Stavropolda bir dəstə erməninin bir rusu bıçaqlayıb xəstəxanalıq etməsi, daha sonra isə gedib xəstəxanada o, şəxsi nümayişkaranə şəkildə öldürmələri heç bir səs-küyə səbəb olmadı. Nədənsə onda rus gənclərinin heysiyyəti cuşa gəlmədi. Bu təyyarə olayı da Orxan Zeynalov hadisəsinə bənzədi. Sanki onlar bu günü gözləyirdilər.

Mən dəhşətə gəldim. Ölkənin halal sahibi, aborigenləri-rusu, tatarı, başqurdu, udmurtu, kalmıkı, kumuku, tuva türkü qaldı qıraqda, bütün dünyaya səpələndikləri kimi Rusiyaya da səpələnən gəlmələr-yəhudilər və ermənilər Rusiya teleməkanında ictimai rəyin onlara məxsus olduğunu təsdiqlədilər. Və əsl sifətlərini bir daha dünyaya nümayiş etdirdilər. Həmin gündən başlayaraq Solovyovlar, Satanovskilər, Baqdasarovlar, Jirinovskilər, Babayanlar, Mironovlar televiziya kanallarından ancaq müharibə çağırışları etməkdə davam edirlər. Sanki bu ölkədə başqa xalqlar yaşamır. Rusiya ancaq bu gəlmə yəhudilərin və ermənilərin nəzarətində imiş. Bu, Rusiyanın halal sahiblərinə qarşı təhqirdən başqa bir şey deyil. İllah da ona görə ki, müharibə çağırışı edən bu "vətənpərvərlərin” nə özləri, nə balaları, nə də mənsub olduğu millətin nümayəndələri "canfəşanlıq” etdikləri. Rusiya üçün müharibəyə gedəsi deyillər. Nümunə üçün uzağa getmək lazım deyil. Ukraynada iki qardaş xalqı biri-birinə qırdırıb düşmənə çevirən həmin bu qüvvələr müharibədə iştirak etmədikləri halda, istər Kiyevdə, istərsə də Donbas və Luqanskda, hətta Rusiyanın özündə də var-dövlət, səltənət və vəzifə sahibinə çevrildilər. Hər iki tərəfdən qırılan isə Rusiyanın bütün tarixi dönəmlərində olduğu kimi slavyanlar və türklər oldular. Yüz illərdir beləcə davam edir; Rusiya üçün döyüşənlər slavyanlar və türklər, hakimiyyətə yiyələnənlər isə yəhudilər və ermənilər. Amma hələ də rus xalqı bu biabırçı ənənəyə son qoya bilmir...

Bu gün "Su-24” olayını əldə bayraq edib, Rusiyanı Türkiyəyə qarşı müharibəyə səsləyən həmin yəhudilərdən və ermənilərdən fərqli olaraq ölkəsinin məsuliyyətini çiyinlərində daşıyan ruslar, tatarlar, başqurdlar, kalmıklar, udmurtlar, çeçenlər, çərkəzlər və digər yerli xalqlar nəzərə almalıdırlar ki, hər iki dövlətin kifayət qədər düşməni var. Həmin düşmənlər də elə həmin günü gözləyirlər. Belə bir müharibənin başlayacağı təqdirdə hər iki dövlətin məhv olacağı qaçılmazdır. Buna heç kəsin şübhəsi olmasın! Bunun baş verməməsi üçün isə ilk növbədə qarşılıqlı ittihamlardan qaçmaq lazımdır. Çünki əslində dəhşətli bir faciə baş verməyib. Müharibə bölgəsində iki uçan obyekt məhv edilib, iki nəfər də hərbiçi öldürülüb. Bundan ötrü iki dövlət arasında əldə edilmiş bu qədər nailiyyətlərin üstündən xətt çəkməyə, xalqları bu boyda iqtisadi və mənəvi gərginliyə düçar etməyə dəyərmi? Təbii ki, yox!

Amma çox təəssüf ki, V.Putin bu olaya olduqca çılğın və tələskən münasibət bildirdi. Daha sonra isə o, sanki teleməkandan od püskürən qızışdırıcı çıxışların felinə düşdü. Türkiyə Prezidentinin telefon-zənglərinə cavab verməməklə V.Putin həm də yersiz təkəbbür nümayiş etdirdi. Axı az qala hər ay Rusiyada iki vertolyot qəzaya uğrayır, on, on beş adam ölür. Təxminən hər ay bir qırıcı təyyarə texniki nasazlıqdan məhv olur, pilot ölür. Bu yaxınlarda Sinay yarımadasında Rusiyanın sərnişin təyyarəsi partladıldı, 224 nəfər tikə-parça oldu. Heç bundan Rusiya bu qədər faciə düzəltmədi. Misir Prezidenti Sisi ilə münasibətlər korlanmadı. Yaxud da Ukrayna ilə müharibədə ruslar yaşayan şəhərlər, kəndlər viran qaldı, on minlərlə rus məhv edildi. Amma V.Putin P.Poroşenkoya hər görüşdə əl uzadır və lazım olanda telefon danışığı da aparır. Görəsən, onda V.Putin qırılan on minlərlə rusa niyə bir pilot qədər dəyər vermir?

Demək, məsələ heç də pilotla əlaqəli deyil. Bütün bu müqayisələrdən sonra ortaya çıxan məntiq ondan ibarətdir ki, Türkiyəyə qarşı bu aqressiyanın əsas səbəbi Ərdoğanın İŞİD-lə əlaqəli olması bəhanəsi də deyil. Əsas məsələ məhz Putinin cəmi ətrafının, məsləhət şurasının tərkibi Lavrov adı altında gizlənən Kələntəryanlarda, Finkelşteynlərdədir. Cənab Putin unutmamalıdır ki, vaxtilə M.Qorbaçovun da məsləhətçiləri Şahnazarovlar, Yakovlevlər, Sitaryanlar, Osipyanlar idi. Bu da sonda erməni maraqlarının təmin olunmasına, Qarabağın bir problem kimi şişirdilməsinə, sonda isə həmin atom dövləti olan SSRİ-nin süqutuna gətirib çıxartdı. Bu, danılması mümkün olmayan bir faktdır.

Görəsən niyə, V.Putin bütün bu olaylardan nəticə çıxartmır? Nəyə görə, Rusiyanın aborigen xalqları dövlət aparatında, parlamentdə, televiziyalarda böyük üstünlüyə malik deyil? Axı bu mənzərə gec-tez ölkəni daxildən dağıda bilər. Hansı ki, bunu, bu sətirlərin müəllifi olaraq heç vaxt arzulamamışam. Çünki Rusiya həm də bir türk dövlətidir. Unutmaq lazım deyil ki, məhz slavyan-türk birliyi dünyanın tarazlığını qoruya biləcək yeganə qüvvəyə çevrilə bilər. Nə yazıq ki, otuz ilə yaxındır Rusiya vaxtilə Azərbaycan torpaqları hesabına yaratdığı Ermənistanın bitib tükənməyən torpaq iştahasının davamı kimi Qarabağı da ermənilərin nəzarətində saxlamaqla özünün gələcək taleyini bu cılız maraqların girovuna çevirib. Çox təəssüf!

Rusiya unutmamalıdır ki, o, təklənmiş vəziyyətdədir. Ermənilərin, yəhudilərin təqdir etdiyi Çin heç vaxt Rusiyaya dost ola bilməz. Çünki Çin Rusiyanın üçdən iki hissəsinə, hətta Həştərxana qədər iddialıdır. Amma Türkiyənin Rusiyaya ən azı elə bir ciddi torpaq iddiası yoxdur. Üstəlik də, əhalinin yarıdan çoxu sırf türklərdən ibarət olan Rusiya türk dövlətləri ilə münasibətləri korlayıb nəyə nail olmaq istəyir, başa düşülən deyil? Yaxşı olmazmı ki, Rusiya Türkiyənin Suriyada, İraqda türkmənlərlə, Qafqazda Azərbaycanla bağlı marağını nəzərə ala. Türkiyə də onun Suriyada və digər dövlətlərdə olan istəkləri ilə ayaqlaşa. Qarşılıqlı maraqlara söykənən dostcasına, qardaşcasına addım atmaq olmazmı?!

Mən heç də Ərdoğanın əməllərinə haqq qazandırmaq fikrində deyiləm. O, heç də qeyd etdiyi kimi daim türk birliyi üçün də çalışmayıb. Onun da haqdan danışmağa mənəvi haqqı çatmır. Amma Rusiya təyyarələrinin də Türkiyə sərhəddini üç dəfə saymazyana keçməsi də bəraət qazandırılası məsələ deyil. Bu baxımdan nə Ərdoğanın, nə də Putinin genetik kodu türk olan xalqları üz-üzə qoymaq haqqı yoxdur! Axı "hansı rusu qaşısan, dərisinin altdan tatar çıxar” deyimini də V.Putin bilməmiş deyil... Odur ki, fitnələrə uymayın!