Rusiya XİN: “Ağ Ev İŞİD-i müdafiə edir”
23:27 17.09.2016
Arxiv
398
Rusiya tərəfi Ağ Evin hərəkətlərinin İŞİD terrorçularının müdafiəsinə yönəldiyi qənaətinə gəlməyə başlayıb.
APA-nın "Vesti.Ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Suriya ordusuna bu gün endirilən zərbələrdən sonra biz bütün dünya üçün dəhşətli olan bir nəticə çıxardıq – Aö Ev İŞİD-i müdafiə edir”, - deyə o bildirib.
Zaxarova həmçinin qeyd edib ki, Moskva daha əvvəl Ağ Evin "Cəbhət Fatah əş-Şam” terror qruplaşmasını müdafiə etdiyini müəyyən edib.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı bundan əvvəl beynəlxalq koalisiyaya məxsus aviasiyanın Suriya ordusunun mövqelərinə zərbələr endirməsini etiraf edib.
Qeyd edək ki, dörd hava zərbəsi nəticəsində 62 suriyalı hərbçi ölüb, 100 nəfəri yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial