Rusiyada 6 yaşlı azərbaycanlı uşaq 10-cu mərtəbədən yıxılaraq ölüb
21:37 27.04.2016
Arxiv
411
Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada 6 yaşlı uşaq 10-cu mərtəbədən aşağı düşərək həyatını itirib. Virtualaz.org xəbər verir ki, bu barədə Başqırdıstanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə aprelin 25-i axşam saatlarında baş verib. Altı yaşlı uşağın meyiti Ufanın Kirov rayonunda yerləşən binanın yaxınlığında aşkar edilib.
Hadisə uşaq otaqda tək olarkən baş verib. 30 yaşlı ana uşağı otağında tək qoyub. Eyni zamanda, otağın pəncərəsi havanın dəyişdirilməsi məqsədi ilə açıq olub. Bir müddət sonra otaqdakı səssizlik qadının diqqətini çəkib və o, otağa qaçıb. Ana uşağı otaqda görmədikdə bədbəxt hadisənin baş verdiyini başa düşüb və aşağı qaçıb. Qadın hadisə yerinə çatanda övladında həyat əlamətləri olmayıb. Həkimlər uşağın öldüyünü təsdiq ediblər.
Faktla bağlı yoxlama aparılır. Uşağı nəzarətsiz qoyduğuna görə ana məsuliyyətə cəlb edilə bilər.
Ailənin Rusiyaya Azərbaycandan gəldiyi bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual