Rusiyada Azərbaycan diasporu birləşir - NƏHAYƏT !
13:33 24.04.2019
Arxiv
588
Aprelin 27-də Rusiyada Azərbaycanlıların Birinci Moskva Forumu keçiriləcək.
"Sherg.az" xəbər verir ki, dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək Forum paytaxt Moskvada, Prezident otelində baş tutacaq. Forumun Təşkilat Komitəsindən verilən məlumata görə, tədbir iki hissəli olacaq. İlk hissədə Rusiya-Azərbaycan əməkdaşlığı, strateji tərəfdaşlıq məsələləri müzakirə ediləcək.
Tədbirdə ictimai siyasi xadimlər, eyni zamanda Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və çoxsaylı qonaqlar iştirak edəcəklər. Forumun ikinci hissəsində önəmli qərarlar qəbul ediləcək. Forum çərçivəsində Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təsis konfransı keçiriləcək. Konfransda həmçinin RAİ prezidenti və İdarə Heyətinin üzvləri seçiləcək.
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədov bildirib ki, Forum Azərbaycan diasporunun güclənməsi, daha təkmil və koordinasiyalı formada fəaliyyət göstərməsi üçün önəmli addımdır. Onun sözlərinə görə Rusiyadakı Azərbaycan diasporunun birliyi, daha effektiv fəaliyyət göstərməsi ilə bağlı müzakirələr aparılacaq, önəmli qərarlar qəbul ediləcək: "Atacağımız addımlar Azərbaycan diasporunun daha effektiv fəaliyyətini təmin etmək və dövlətimizin diaspor siyasətinə dəstək verməkdir”.
Füzuli Məmmədov Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarını Rusiya Azərbaycanlıları İttifaqının ətrafında sıx birləşməyə çağırıb:
"Bir daha nəzərinizə çatdırıram ki, bu addım dövlətçiliyimizə, Azərbaycanın gələcəyinə, birliyinə, bütövlüyünə və daha da güclənməsinə xidmət edir. Bilirsiniz ki, Rusiyada Azərbaycan diasporunun daxilində olan arzuolunmaz hallara, birliyimizə, milli mənafelərimizə zərbə vuran intriqalara, lazımsız söz-söhbətlərə birdəfəlik son qoyulması vacib şərtdir. Bunun üçün isə bir ideya ətrafında birləşməyimiz olduqca önəmlidir və həlledici əhəmiyyət daşıyır. Bu baxımdan Rusiya Azərbaycanlıları İttifaqı önəmli platformadır.
Rusiyada fəaliyyət göstərən hər bir diaspor təşkilatına səslənirəm ki, vahid ideya ətrafında birləşək. Əgər bir olarsaq, daha böyük işlər görə bilər, dövlətimizə və Rusiya-Azərbaycan münasibətlərinə daha ciddi töhfələr verə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil