Rusiyada azərbaycanlını öldürən yol polisi həbs olundu
18:50 31.05.2021
Arxiv
448
Rusiyanın Novosibirsk vilayətində azərbaycanlı gənci öldürən polis əməkdaşı barədə iki aylıq həbs qərarı verilib.
Rusiya KİV-də yayılan məlumata görə, vəzifə səlahiyyətlərini aşmaqda və ehtiyatsızlıqdan 19 yaşlı Vəkil Abdullayevin qətlində ittiham olunan Aleksandr Qusev həbs müddətini istintaq təcridxanasında keçirəcək.
Xatırladaq ki, mayın 28-də Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb.
Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açıb.
Hadisə ilə bağlı “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “ehtiyatsızlıqdan adam öldürmə” maddələri ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm