Rusiyada iki azərbaycanlıya hökm oxundu: 19 il





Rusiyanın Ryazan şəhərində polisə müqavimət göstərən və yaralayan azərbaycanlılara hökm oxunub. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 2016-cı ilin avqustunda Azərbaycan vətəndaşı Orxan Şakir oğlu Musazadə yaşadığı binanın qarşısında polis nəfərini bıçaqlayaraq qaçıb. Federal axtarışa verilən Musazadənin izinə isə polis noyabrın 22-də düşə bilib. Musazadənin əyləşdiyi maşını saxlamaq istəyərkən, o və sürücü Cəfərov Bəhlul Cəfər oğlu polisə silahlı müqavimət göstəriblər. Amma bununla belə, polis onları zərərsizləşdirə bilib.

Ryazan şəhər məhkəməsi hər iki şəxs barədə hökm çıxarıb. Musazadə 16, Cəfərov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.