"Rusiyadakı dəhşətli yanğın qəsdən törədilib" - İDDİA
14:36 27.03.2018
Arxiv
2973
Rusiyanın Kemerovo şəhərində yerləşən və martın 25-də dəhşətli yanğının baş verdiyi "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzinin baş direktoru Nadejda Suddenok istintaqa ifadə verib.
APA-nın "Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, N. Suddenok yanğının qəsdən törədildiyini iddia edib. O deyib ki, dəfələrlə ticarət mərkəzində qaraçı görünüşlü adamlar görüb, onlar oyun aparatlarında pulsuz oynayır, tualetlərin divarlarında yazılar yazırmış. Bu şəxslər barəsində polisə şikayət edilsə də, onlar saxlanıldıqdan sonra dərhal buraxılıblar.
"Kinoteatrın qapıları heç vaxt bağlanmazdı. Mən həmişə özüm hər şeyi yoxlayır, təmizliklə məşğul oluram”, - deyə baş direktor söyləyib. O qeyd edib ki, yanğın başladıqdan sonra mərkəzin işçilərindən insanlara köməklik edilib-edilmədiyi ilə bağlı məlumat alıb və əməkdaşlar ona hər şeyin qaydasında olduğunu söyləyiblər. Amma bir az sonra kinoteatrların qapılarının bağlı olması və ölənlərin sayı haqda məlumatlar gəlməyə başlayıb: "Mənim sorğu-sual etdiyim əməkdaşımız dedi ki, uşaq zalında partlayış səsi eşidib və alov görüb. Attraksion özlüyündə o cür alışa bilməz. Əmin edə bilərəm ki, bu yanğını kimsə törədib”.
Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər ölüb. Hadisə ilə əlaqədar 5 nəfər saxlanılıb. Onların sırasında yanğın siqnalından sonra xəbərdarlıq sistemini söndürən mühafizəçi də var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət
İlin sonuna kimi bu, lazımsız olacaq – Mask elan etdi
13:24 19.07.2026
Texnologiya