Bu qədər şəhərlərdə minlərlə insanı küçələrə çıxartmaq bir insanın işi deyil
Rusiyadakı etirazlar...
09:17 29.03.2017
Arxiv
721
...Həm hakimiyyət daxilindən, həm də xaricdən idarə olunur
Bu qədər şəhərlərdə minlərlə insanı küçələrə çıxartmaq bir insanın işi deyil
Bu qədər şəhərlərdə minlərlə insanı küçələrə çıxartmaq bir insanın işi deyil
Xəbər verdiyimiz kimi, Moskva daxil olmaqla Rusiyanın bir çox şəhərlərində eyni vaxtda keçirilən antikorrupsiya mitinqləri polis tərəfindən sərt şəkildə dağıdılıb. 82 şəhərdə keçirilən aksiyalar zamanı 1500-dən artıq insan saxlanılıb.
Aksiyaların ən izdihamlısı Moskvada və Sankt-Peterburqda baş tutub. Baş tutan mitinqlərdə 30 min insanın iştirak etdiyi bildirilib. Rusiyadakı hadisələr son bir neçə gündür dünyanın diqqət mərkəzindədir. ABŞ-dan sonra Avropa İttifaqı da Rusiyanı ölkə miqyasında keçirilmiş etiraz aksiyaları zamanı saxlanılan şəxsləri azad etməyə çağırıb. Aİ Rusiyanı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə səsləyib.
Rusiyadakı gərginliyi şərh edən Qərb Universitetinin professoru, tanınmış politoloq Fikrət Sadıqov "Şərq”ə açıqlamasında deyib ki, Rusiyada yüksək səviyyəli rəsmilərin bulaşdığı korrupsiya halları mövcuddur. Ancaq ekspertin fikrincə, ölkədəki etirazlardan süni şəkildə yararlanmağa çalışan xarici və daxili qüvvələr var:
"Rusiyadakı etiraz aksiyaları, geniş mitinqlər təkcə Aleksandr Navalnının təşəbbüsü deyil. Onun arxasında müəyyən qüvvələr dayanır. Düşünürəm ki, proseslər həm hakimiyyət daxilindən, həm də xaricdən idarə olunur. Çünki qısa müddət ərzində Rusiyanın bir çox şəhərlərində minlərlə insanı ayağa qaldırmaq, küçələrə çıxartmaq sadəcə bir neçə adamın işi deyil. Bunun üçün geniş koordinasiya və güc tələb olunur. Burada hakimiyyət daxili qruplaşmalar, xüsusən Medvedyevə qarşı yönələn siyasi addımlar mühüm rol oynayır.
Bir qrup çalışır ki, problemləri hökumətin çiyninə atsın və baş nazir başda olmaqla hökuməti istefaya göndərsin. Aksiyalarda xarici amil də hiss olunur. Bilirik ki, postsovet məkanında narıncı inqilablar yeni məsələ deyil və bu üsuldan zaman-zaman istifadə edilib. Bəzi hallarda isə xarici qüvvələr istəklərinə nail ola biliblər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial