Əkrəm Həsənov:"Azərbaycanda xarici valyuta nə qədər çoxdursa, milli valyuta o qədər bahalaşacaq. İnsanlar xarici valyutanı satıb, manat alır. Beləliklə, ölkəyə pul qoyulur və milli valyuta üçün müsbət durum formalaşır”
"Rusiyadan Azərbaycana pulköçürmələrinin artması Azərbaycanın gəlirinin yüksəlməsi deməkdir”.
Bunu "Sherg.az”a 2017-ci ildə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında pulköçürmələrinin artmasının müsbət tərəflərini izah edərkən iqtisadçı- ekspert Əkrəm Həsənov deyib.
O vurğulayıb ki, ölkəyə daxil olan xarici valyutanın həcminin artması müsbət haldır:

"Bu, milli valyutanın dəyərinin qorunması üçün də vacib amildir. Azərbaycanda xarici valyuta nə qədər çoxdursa, milli valyuta o qədər bahalaşacaq. İnsanlar xarici valyutanı satıb, manat alır. Beləliklə, ölkəyə pul qoyulur və milli valyuta üçün müsbət durum formalaşır”.
Qeyd edək ki, 2017-ci ildə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 595,6 mln. dollar təşkil edib. Bu, 2016-cı il ilə müqayisədə 30,6 mln. ABŞ dolları və ya 5,42% çoxdur. 2017-ci ildə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi I rübdə 116,1 mln. dollar, II rübdə 165,2 mln. dollar, III rübdə 155,4 mln. dollar və IV rübdə 158,9 mln. dollar olub. Göründüyü kimi, ötən il Rusiya və Azərbaycan arasında pul köçürmələr daha çox II rübdə, ən az isə I rübdə olub.
Aysel Aslan