Kreml Qarabağ istiqamətində hansısa addım ata bilməz
Rusiyalı ekspert erməni generalı təkzib etdi
21:00 11.05.2017
Arxiv
427
“Əgər Rusiya Ermənistanla hərbi əməkdaşlığı daha irəliyə apararsa, Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın miqyası genişlənə bilər. Bu, olduqca vacib məsələdir”
Kreml Qarabağ istiqamətində hansısa addım ata bilməz
Kreml Qarabağ istiqamətində hansısa addım ata bilməz
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan bir sıra sərsəm açıqlamalar verdi. Erməni generalın iddiasına görə, onun rəhbərlik etdiyi hərbi birləşmə Dağlıq Qarabağdakı əməliyyatlara qoşula, hətta Putinin göstərişi olmadan belə bunu edə bilər.
Erməni generalın ifadələri Azərbaycanla yanaşı, Rusiya ictimaiyyətində də ciddi etirazlara səbəb olub. Tanınmış rusiyalı hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini Aleksandr Xramçixin erməni tərəfini məyus edən fikirlər söyləyib və Makaryanın eyforik sözlərini təkzib edib.
"Qərarlar birgə qəbul olunacaq. Məntiqlə hərbi qruplaşma ümumidirsə, o zaman əmrlərlə bağlı qərar da birgə qəbul edilməlidir”. "Hərbi qruplaşma birgə qərarla Qarabağa yeridilə bilərmi” sualına Aleksandr Xramçixin belə cavab verib: "Müharibə bilavasitə Ermənistan ərazisinə toxunmayınca, Rusiya çətin ki, Qarabağ istiqamətində hansısa addım atsın. Əgər hərbi əməliyyatlar Ermənistan ərazisinə toxunsa, o halda mümkündür ki, qruplaşma Qarabağ cəbhəsinə cəlb edilsin. 102 saylı hərbi baza Erebunidəki Rusiya hərbi-hava qüvvələri bazası və Ermənistanın 4-cü ordusu əsasında Türkiyəni çəkindirmək üçün yaradılıb. Deməli, birləşmiş hərbi qruplaşmanın da hədəfi Türkiyənin Qarabağ konfliktinə müdaxilədən çəkindirmək olmalıdır. Azərbaycanla isə Qarabağ qüvvələri vuruşmalıdır”. Analitik deyib ki, bu mövzu təzəcə başa çatan Türkiyə-Azərbaycan ortaq hərbi təlimlərindən sonra daha aktual olub: "Türkiyənin Naxçıvanda hərbi baza qurmaq planı ilə bağlı məlumatlar yayılır. Yəqin ki, bu, reallaşa bilər”. Göründüyü kimi, rusiyalı hərbi ekspert Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasını real saymaqla ermənilərə pis müjdə verib. Əslində belə bir bazanın yaradılması söhbəti çoxdan gedir. Türkiyə NATO üzvü olsa da, ən azından Qars müqaviləsi qardaş ölkəyə belə bir haqq tanıyır. Xatırladaq ki, həmin müqaviləyə görə, Türkiyə Naxçıvanın Azərbaycanın tərkibində qalmasının qarantlarından biridir. Belə bir bazanın önəmi Azərbaycan üçün çox mühümdür. Qarabağda müharibə variantında Ermənistan ordumuzun diqqətini Dağlıq Qarabağdan yayındırmaq, silahlı qüvvələrimizi iki cəbhəyə parçalamaq üçün Naxçıvana hücum etməyə cürət etməz. Yəni Türkiyənin hərbi bazası çəkindirici rol oynayar. Doğrudur, bloklara qoşulmayan Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına görə, ərazimizdə başqa dövlətin hərbi bazası yerləşə bilməz. Ancaq mövcud sənədi milli təhlükəsizliyimizin yeni tələblərinə uyğunlaşdırmaq çətin iş deyil. Politoloqların qənaətinə görə, Moskva bu cür anti-Azərbaycan siyasəti yeritməklə Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırmasına, eyni zamanda NATO ilə əməkdaşlığı genişləndirməsinə şərait yaradır.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu bildirib ki, Ermənistan Rusiyanın forpostu olduğunu özü də etiraf edir. Onun sözlərinə görə, hər iki ölkə arasında ikitərəfli siyasi-hərbi əməkdaşlıq olduğu üçün Rusiya düşmən dövlətə hər cür hərbi yardım göstərir:
"Moskva dəfələrlə ucuz qiymətə Ermənistana silah satıb. Eyni zamanda Gümrüdə rusların 102-ci hərbi bazası var. İşğal olunmuş ərazilərimizdə "erməni” adı altında rus hərbi hissələri fəaliyyət göstərir. Əlbəttə, Rusiyanın öz vassalına silah-sursat yardımı etməsi anlaşılandır. Mövcud vəziyyəti nəzərə alan Azərbaycan tərəfi mütəmadi olaraq Türkiyə və Gürcüstanla birgə hərbi təlimlər keçirir. Əgər Rusiya Ermənistanla hərbi əməkdaşlığı daha irəliyə apararsa, Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın miqyası genişlənə bilər. Bu, olduqca vacib məsələdir. Ümumiyyətlə, Azərbaycan yeganə strateji müttəfiqi olan Türkiyə ilə əməkdaşlığı mümkün qədər inkişaf etdirməlidir. Bu əməkdaşlıq iqtisadi, siyasi və texniki sahələrlə yanaşı, həm də hərbi sahələri əhatə etməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ” 19 yaşlı hücumçu alır - 2 milyon avroya
20:02 07.01.2026
Futbol
Marneulidə qətl törədən şəxs Türkiyəyə qaçarkən tutuldu
19:54 07.01.2026
Hadisə
İran diplomatiyasının rəhbərləri Ermənistana səfərə gedir
19:50 07.01.2026
Dünya
Zelenski ABŞ-dan Kadırovu həbs etməsini istədi
19:37 07.01.2026
Dünya
Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
19:34 07.01.2026
Dünya
"Xəyal" bazarının fəaliyyəti dayandırılıb
18:40 07.01.2026
Cəmiyyət
İran rəsmiləri üsyançılara qarşı güzəşt ehtimalından danışıb
18:32 07.01.2026
Region
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq
18:25 07.01.2026
Siyasət
De Bruyne "Napoli"dən ayrıla bilər
18:17 07.01.2026
Futbol
İran camaatı dini hakimiyyətdən dönməyəcək - Elmar Məmmədyarov
18:10 07.01.2026
Siyasət
ABŞ Rusiya gəmisini ələ keçirdi - YENİLƏNDİ
17:54 07.01.2026
Dünya
Fransa Prezidenti istefa verməyə çağırıldı
17:11 07.01.2026
Dünya
Ötən il dövlət sərhədini pozan 516 nəfər saxlanılıb
17:09 07.01.2026
Ölkə