Xəbər verdiyimiz kimi, ötənlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağla bağlı razılaşmanın yaxın vaxtlarda mümkünlüyünə ümidsizliyini ifadə edib. Bu barədə Rusiya rəsmisi jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, kifayət qədər burulğanlı keçən daxili siyasi proseslər bitmədən bu böhrandan çıxmaq və Dağlıq Qarabağ münaqişəsinin əsaslı həllinə nail olmaq çətin ki, mümkün olsun.
Rusiya Xin başçısının açıqlamasını şərh edən analitik Azər Rəşidoğlu "Sherg.az”a bildirib ki, Dağlıq Qarabağ münaqişəsində elə məsələlər var ki, ya Azərbaycan tərəfi, ya da Ermənistan tərəfi qəbul etmir:
"ABŞ prezidentinin xüsusi müşaviri Con Bolton İrəvan və Bakıya səfərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif mesajlar verdi. C.Boton bəyan etdi ki, münaqişənin həlli üçün Ermənistan güzəştə getməlidir. ABŞ-ın Ermənistandakı səfiri açıqlama verib ki, istənilən modeli əsas götürdükdə işğal olunmuş ərazilər geri qaytarılmalıdır. Sonda da ABŞ müşaviri hər iki ölkəyə silah sata biləcəklərini qeyd edib. Bütün bu bəyanatlar Rusiyanın "Lavrov planı"nın üzərinə hesablanıb. Hazırda ATƏT-in Minsk qrupunun buraxılması müzakirə olunur.
Təkif olunur ki, Azərbaycanın birbaşa danışıqlara getməsi daha yaxşı olar. Vaşinqtonun bu məsələdə istəyi Rusiyanı danışıqlar prosesindən kənarda saxlamaqdır. Ermənistanın baş naziri Nikol Paşinyan qərbyönümlü siyasət yürütdüyünə görə, dekabrın 9-da Ermənistanda keçirilən parlament seçkilərində onun qalib gəlib, baş nazir olmaq şansı yüksəkdir. Belə olan təqdirdə də ABŞ ona dəstək verir. Bütün bu proseslərə görə, Rusiya indiyə kimi Azərbaycana etdiyi təzyiqləri Ermənistana tətbiq etməyə başlayıb. Lakin bütün bunlar yaxın vaxtlarda Qarğlıq Qarabağ probleminin həll olunacağı ümüdini yaratmır.
Bu münaqişənin həllinin baş tutmamasında Azərbaycan və Ermənistanın şərtləri səbəb göstərilir. ABŞ nə bahasına olursa-olsun bu məsələnin həll olunmasını istəyir. Onu maraqlandırmır ki, Azərbaycan Dağlıq Qarbağ problemində haqlı tərəfdir və Azərbaycanın BMT çərçivəsində torpaqlarının işğal olunması barəsində məlumat var.
ABŞ üçün bu problemin həlli lazımdır.Lakin Rusiya bu münaqişənin tez zamanda tənzimlənməsini istəmir. Azərbaycan isə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə razıdır. Əgər bu alınmasa, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq və konstitusiya çərçivəsində həll etmək üçün hərbi gücdən istifadə edərək zorla sülhə vadaretmə prinsipini əsas tuta bilər”.
Ayyət Əhməd