Rusiyanın Ermənsitana 3-cü dəfə faizsiz kredit verməsinə deputatdan REAKSİYA

Asim Mollazadə: "Bundan sonra da Rusiya Ermənistana dəstəyini davam etdirə bilər. Burada təəccüblü heç nə yoxdur. Rəsmi Moskvanın bu yardımları Ermənistanın Rusiyadan asılılığını dünyaya bir daha sübut edir”




"Ermənistan müstəqil ölkə deyil, Rusiyanın tam nəzarətində olan ərazidir”.

Bu barədə "Sherg.az”a rəsmi Moskvanın Rusiyadan növbəti partiya silahlar alması üçün Ermənistana üçüncü dəfə kredit verməsinə münasibət bildirərkən millət vəkili Asim Mollazadə bildirib.

 Deputat vurğulayıb ki, Rusiya bu cür kreditlər ayırmaqla öz hərbi bazasının yerləşdiyi ərazini dəstəkləməyə çalışır:

"Artıq bu Rusiyanın üçüncü addımıdır ki, Ermənistana dəstək göstərir. Bundan sonra da Rusiya Ermənistana dəstəyini davam etdirə bilər. Burada təəccüblü heç nə yoxdur. Nəticə olaraq, rəsmi Moskvanın bu yardımları Ermənistanın Rusiyadan asılılığını dünyaya bir daha sübut edir”.

Qeyd edək ki, "Jamanak” qəzetinin məlumatına görə, bu dəfə kredit əvvəlkilərdən fərqli olaraq faizsiz veriləcək. "Kredit çərçivəsində alınması planlaşdırılan "İsgəndər” taktiki raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrində yerləşdirilməsi nəzərdə tutulur”, - deyə qəzet yazır.

Aysel Aslan