Reallıq odur ki, hazırda Bakı-Tbilisi-Qars layihəsinə rəqib ola biləcək hansısa marşrut xətti mövcud deyil
Rusiyanın planı baş tutmayacaq
20:27 13.11.2017
Arxiv
629
Medvedyevin açıqladığı marşrut ideya səviyyəsində qalacaq
Reallıq odur ki, hazırda Bakı-Tbilisi-Qars layihəsinə rəqib ola biləcək hansısa marşrut xətti mövcud deyil
Reallıq odur ki, hazırda Bakı-Tbilisi-Qars layihəsinə rəqib ola biləcək hansısa marşrut xətti mövcud deyil
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsindən sonra Rusiya Avropa və Asiya arasında yük daşınması üçün effektiv marşrutlar yaradılmasında maraqlı olduğunu göstərir. Rusiya baş naziri Dmitri Medvedyev də jurnalistlərə açıqlamasında bunu etiraf edib. Baş nazir deyib ki, göstərilən səylərin əsas məqsədi yüklərin daşınması üçün marşrutları maksimal şəkildə sürətli etməkdir. Onun sözlərinə görə, planda iqtisadi rentabellik və Uzaq Şərqdə güclü nəqliyyat sisteminin formalaşdırılması məsələsi də var:
"Biz bununla Asiya Sakit okean regionunun tələbatını ödəməyə çalışırıq”. Xatırladaq ki, bundan öncə Prezident Vladimir Putin də Çindən Avropaya gedəcək və Rusiya ərazisindən keçəcək dəmiryol xəttinin çəkilməsindən danışıb. Putinin və baş nazirin açıqlamaları dünya KİV-lərində Moskvanın Bakı-Tbilisi-Qars dəmiryoluna alternativ yaratmaq istəyi kimi dəyərləndirilib. Lakin əksər mütəxəssislər hesab edirlər ki, BTQ artıq işə düşüb, Rusiyanın həyata keçirmək istədiyi layihə isə hələ təsdiqlənməyib. Üstəlik, Rusiyanın yeni layihəsi həyata keçsə belə, məsafə baxımından BTQ-dən təxminən iki dəfə uzun olacaq ki, bu da yükdaşımada əlavə xərc və vaxt itkisinə gətirib çıxaracaq.
İddialarla bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu geostrateji baxımdan ən əlverişli nəqliyyat dəhlizi sayılır. Ekspertin fikrincə, BTQ ilə rəqabətə girmək üçün tarif cəhətdən çox elastik bir layihə hazırlanmalıdır:
"Reallıq odur ki, hazırda Bakı-Tbilisi-Qars layihəsinə geostrateji, iqtisadi və siyasi baxımdan rəqib ola biləcək hansısa marşrut xətti mövcud deyil. Gələcəklə bağlı deyilənlər isə sadəcə fərziyyələrdir. Onların reallaşıb-reallaşmayacağı bilinmir. Nəzərə alaq ki, hər hansı alternativ marşrutun reallaşması güclü rəqabət demək deyil. Rəqabətdə önə keçmək üçün tarif baxımından cəlbedici təkliflər irəli sürülməlidir. Əgər Rusiya gərgin münasibətdə olduğu Ukrayna ilə əlaqələri normallaşdıra bilsə, Avropaya infrastruktur cəhətdən artıq mövcud olan ərazilər vasitəsi ilə çıxacaq. Lakin Rusiyanın Şərqi Avropa ölkələri, o cümlədən Ukrayna ilə münasibətlərinin hansı istiqamətdə cərəyan edəcəyi qeyri-müəyyəndir”. Ekspert bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti hələlik Qarsda bitsə də, şübhəsiz ki, marşrut Qərbə doğru hərəkətini davam etdirəcək: "Türkiyəni Avropa ilə birləşdirən dəmir yolları kommunikasiyalarının effektivliyi istiqamətində ciddi işlər görülməlidir. Bununla Avropaya çıxış daha da elastik olar”.
Politoloq Qabil Hüseynli də bildirib ki, Rusiya rəsmilərinin söylədikləri ideya səviyyəsində olan layihələrdir və onlar həyata keçməyə də bilər: "Bakı-Tbilisi-Qars dəmiryol xətti artıq fəaliyyətdədir. Birinci qatarlar Çinin böyük miqdarda konteynerlərini Türkiyə ərazisindən keçirərək Avropaya daxil olacaq. Çin dəfələrlə bəyanat verib ki, bu yol qədim "İpək Yolu”dur və daha sərfəlidir. İkinci belə bir yolun çəkilməsi ən azı 2-3 il vaxt tələb edir. Bundan başqa, Rusiyada dərin iqtisadi böhranın olduğunu nəzərə alsaq, bu layihənin reallaşıb-reallaşmayacağı sual altındadır”.
Politoloq vurğulayıb ki, yükdaşımalarda zaman məsələsi birinci dərəcəli əhəmiyyətə malik olan amildir:
"Yüklərin Avropaya daha tez və vaxtında çatdırılması məsələsində BTQ-yə alternativ yoxdur. Dəmiryolunun müştərilərinin sayı getdikcə artır. Çəkilməsi planlaşdırılan bir layihənin gələcəkdə BTQ ilə rəqabət aparacağı ehtimalı çox zəifdir. Bu dəmir yolu ilə daha uzun və baha qiymətə yük daşıyacaq hansısa layihə müqayisə edilə bilməz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə