"Bu namizədlərin birinci, ikinci yerləri bölüşdürməsi məntiqi baxımdan özünü doğrultdu. Qələbə çalan tərəf həmişə iradların hamısını rədd edir. Məğlub olmuş namizədlər isə hər zaman olduğu kimi seçkidə ciddi pozuntular olduğunu iddia edir. Bu, təbii vəziyyətdir. Bütün bunlara rəğmən, seçkilərin nəticələri proqnozlara tam uyğun oldu”.
“Rusiyanın vəziyyəti qənaətbəxş deyil” - Putin hərəkətə keçməlidir
09:54 19.03.2018
Arxiv
816
"Rusiyada prezident seçkiləri əvvəldən gözlənildiyi kimi nəticələndi”.
Bunu "Sherg.az”a Rusiyada baş tutan prezident seçkilərindən danışarkən politoloq Tofiq Abbasov deyib.
O xatırladıb ki, seçki kampaniyasında iştirak edən namizədlərdən ikisi – Vladimir Putin və Pavel Qrudinin diqqətə layiq idi:
"Bu namizədlərin birinci, ikinci yerləri bölüşdürməsi məntiqi baxımdan özünü doğrultdu. Qələbə çalan tərəf həmişə iradların hamısını rədd edir. Məğlub olmuş namizədlər isə hər zaman olduğu kimi seçkidə ciddi pozuntular olduğunu iddia edir. Bu, təbii vəziyyətdir. Bütün bunlara rəğmən, seçkilərin nəticələri proqnozlara tam uyğun oldu”.Prezident V.Putinin bundan sonrakı hakimiyyəti müddətində atacağı addımlara gəlincə, politoloq Rusiyanın islahatlara meyl edəcəyini düşünür:
"Bundan sonra Rusiyanın böyük islahatlar proqramı qarşısında daha məsuliyyət göstərməsi məqsədəuyğun olar. Çünki ölkənin vəziyyəti o qədər də qənaətbəxş deyil. Xarici rəqiblərin təpkisi, daxildə həllini gözləyən sosial-iqtisadi problemlər Putin və komandasını hərəkətə keçirməlidir. Prezident antiböhran proqramının olduğunu bəyan etmişdi. Ümid edirik ki, yaxın vaxtlarda bu proqramın nədən ibarət olduğunu biləcəyik”.
Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin nəticələrini açıqlayıb. Belə ki, səsvermənin nəticələrinə görə, prezident Vladimir Putin prezident seçilib.
İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. Nəticələrə görə, üçücü yerdə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə isə Kseniya Sobçak qərarlaşıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya