Ruslar inanır ki, dünya Rusiyadan qorxur






Rusların 86%-i dünyanın Rusiyadan qorxduğuna inanır.

Axar.az xəbər verir ki, bu nəticə Rusiya İctimai Fikir Fondunun keçirdiyi sorğudan sonra əldə olunub. Sorğu iştirakçılarının 73%-i dünyada Rusiyaya hörmət edildiyini düşünür.

36% şəxs dünyada öz ölkələrinə obyektiv yanaşıldığını düşündüyü halda, 56% şəxs bununla razılaşmır.

Ən maraqlı məqam isə rusların öz ölkələrini inkişaf etmiş ölkə hesab etmələridir. Bu fikri 60% respondent dəstəkləyib. İştirakçıların 70%-i ölkələrini zəngin dövlət, 56%-i isə azad dövlət hesab edirlər.