Ruslar qatilin paltarlarını istəyib

Altıntaşın 'Bylock'dan istifadə etmədiyi məlum olub
Rusiyanın Ankaradakı səfiri Andey Karlovun, Mevlüt Mərd Altıntaş tərəfindən öldürülməsiylə əlaqədar istintaq davam edir. Altıntaşın, telefon xətti araşdırmasında 'Bylock'dan istifadə etmədiyi təyin olunub. Türkiyədə olan rus heyətinin qatilin paltarlarını araşdırdığı bildirildi.
İstintaq türk və 18 nəfərlik rus heyəti tərəfindən ortaq icra edilir. Hadisə ilə əlaqədar nəzarətə alınan 11 nəfərdən Altıntaşın ailəsinin də aralarında olduğu 8 nəfər ifadələrindən sonra sərbəst buraxılıb. Nəzarətdə olan Altıntaşın eyni evdə qaldığı vəkil Serkan Ö., 2 polisin sorğusu isə davam edir. Təşkilat əlaqəsi araşdırılan Mevlüt Mərd Altıntaşın, telefon xətti araşdırmasında 'Bylock' təsbit edilmədi. Telefonun şifrəsinin həll edilməsi üçün işlər davam edir. Rus heyətin bu gün Altıntaşın paltarlarını araşdırdığı öyrənildi.
ORTADAN İTDİLƏR
Son məlumata görə Mevlüt Mərd Altıntaşın 6 yaxını, sərbəst buraxıldıqdan sonra ortadan itib. Ailənin evində səssizliyin hakim olduğu bildirilir. Qatilin cəsədini almaq üçün müraciət hələ edilməyib. Cəsədin harada torpağa veriləcəyi də maraq mövzusu oldu.
Qonşularından 60 yaşlı Hüseyn Yoldan, ailəni yaxından tanıdığını ifadə edərək, "Altıntaş ailəsi illərdən bəri bizim yan qonşumuzdur. Kreditlə ev götürdülər, onu ödəyirdilər. Yaxşı ailə idi. Polis olan oğulları da hərdən- bir icazəli olduğunda məhəlləyə gəlirdi. Polis olduğu üçün ancaq burada görə bilirdik. Uşaqkən belə deyildi. Belə bir hadisəni törədəcək biri deyildi. Demək ki, orada başını yudular. Eşitdik, şok yaşadıq. Bu ana qədər bura gələn gedən yoxdur" deyib.