Rüşvət alan vəzifəli şəxslərin işindən YENİ XƏBƏR
05:54 02.05.2019
Arxiv
598
Mənimsəmədə və rüşvət almada təqsirləndirilən "Nikoil” bankın filial müdiri Ruslan Talıbov, filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov, Vüsal Quliyev, Elçin Məmmədov, Rauf Əliyev, Məmməd Qurbanov, Orxan Əlişov, Zahir Abbasov, Zaur Ramazanov və Fərid Məlikovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Cinayət işində 45 zərərçəkmiş var.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsinə görə onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi təkrarən istəyərək almalarına, həmçinin vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlayıb.
Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media