Rza Çalımbay: "Bu il də "Beşiktaş" çempion olacaq"





Bu həftə "Qalatasaray”a qonaq olacaq "Trabzonspor”un baş məşqçisi Rza Çalımbay, "Mən bu il də "Beşiktaş”ın çempion olacağını düşünürəm. Çox güclü heyətləri var" deyib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Rza Çalımbay çempionluq yarışını qiymətləndirib. İlk dəfə çempionluq yarışındakı favoritini açıqlayan təcrübəli mütəxəssis "Mən bu il də "Beşiktaş”ın çempion olacağını düşünürəm. Çempionlar liqasında çox yaxşı işlər gördülər. Həm liqada, həm də kubok yarışında olduqca yaxşı gedirlər. Güclü bir heyətləri var və imkanları çox genişdir" deyə danışıb.