Saakaşvili Gürcüstanda seçkilərə qatılır
12:26 25.04.2016
Arxiv
403
Mixeil Saakaşvili parlament seçkilərindən sonra Gürcüstana qayıtmaq niyyətindədir. anspress-in məlumatına görə, Odessa vilayətinin qubernatoru, sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili əmindir ki, onun "Vahid milli hərəkat" partiyasından olan komandası bu ilin payızında keçiriləcək parlament seçkilərində qalib gələcək. Bundan sonra o, vətənə qayıtmaq niyyətindədir.
"Burada iki qüvvə var: biri Bidzina İvanişvili ilə, ikinci isə mənimlə bağlıdır. Üçüncü qüvvədən söhbət belə getmir. Qalan hər şey imitasiyadır", - deyə sabiq prezident "Rustavi 2" telekanalının efirində bildirib.
Saakaşvilinin sözlərinə görə, o, seçkilərdən sonra vətənə qayıtmaq niyyətindədir, amma "Ukraynada missiyasını" atmayacaq. "Gürcüstan və ya Ukrayna deyə bir seçim yoxdur, yalnız bir seçim var - vahid yaxşı gələcək", - deyə o bildirib.
"Vahid milli hərəkat" partiyası Gürcüstanda doqquz il fəaliyyət göstərib. 2012-ci il seçkilərindən sonra isə hakimiyyətə "Gürcü arzusu" koalisiyası gəlib. Onun rəhbəri milyarder Bidzina İvanişvilidir.
İvanişvili koalisiyanın qələbəsindən sonra bir müddət baş nazir postunu da tutub. Lakin müxalifət iddia edir ki, hətta o, siyasətdən gedəndən sonra da ölkəni dolayı yola idarə edib.
Mixeil Saakaşvili - Gürcü siyasətçi və 2004-2013-cü illərdə Gürcüstan Respublikasının Prezidenti olub. O, 2013-ci ilin noyabrında Georgi Marqvelaşvili ölkənin yeni prezidenti vəzifəsinə gələndən dərhal sonra vətəni tərk edib.
Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanıb. 2014-2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixeil Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib.
Gürcüstanın baş prokurorluğu eks-prezidenti bir neçə cinayət işi üzrə, o cümlədən təxminən beş milyon dollar dövlət vəsaitini şəxsi ehtiyaclarına xərcləməkdə ittiham edib. Ötən ilin dekabrında Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə