Saakaşvili Odessa vilayətinin qubernatoru təyin edilib





Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru təyin edilib.
APA-nın məlumatına görə, bu barədə "Ukrinform” agentliyinə Ukrayna prezidenti administrasiyasındakı mənbə bildirib. Mənbəyə əsasən, təyinata dair rəsmi açıqlama mayın 30-da veriləcək. M.Saakaşvilinin təyinatını Ukraynanın Ekologiya naziri İqor Şevçenko özünün "Facebook” səhifəsində təsdiq edib.