Saakaşvili olmadan partiyası qalib gələ bilməz
19:54 25.04.2016
Arxiv
631
“Seçkilərdən öncə ölkəsinə qayıdarsa, Gürcüstan polisi onu saxlayacaq”
Gürcüstan hakimiyyətinin barəsində axtarış elan etdiyi Odessanın qubernatoru Mixail Saakaşvili vətəninə parlament seçkilərindən sonra qayıdacağına söz verib.
Məlumata görə, o, yaratdığı "Vahid milli hərəkat” Partiyasının 2016-cı ilin oktyabr ayında keçiriləcək parlament seçkilərində qalib gələcəyinə əmin olduğunu bəyan edib: "Bu seçkiləri keçirmək və qalib gəldikdən sonra gəlib qələbə çalan adamlara kömək etmək lazımdır”.
Sabiq lider onu da qeyd edib ki, Gürcüstanın siyasi həyatında indi yalnız iki lider - o və keçmiş baş nazir Bidzina İvanişvili var: "İndiki mərhələdə üçüncü adam yoxdur. Bu mənim üzərimə böyük məsuliyyət qoyur, bir daha təkrar edirəm, Ukraynada başqa vəzifə üçün can atmadığım kimi, Gürcüstanda da heç nə üçün çalışmıram. Mənim vəzifəm ondan ibarətdir ki, heç zaman olmadığı kimi daha yaxşı olum”.
M.Saakaşvilinin vədini şərh edən politoloq Elxan Mehdiyev "Şərq”ə açıqlamasında söyləyib ki, bu, keçmiş prezidentin borcudur: "Partiyanın lideri kimi bu cür çıxış etmək onun işidir. Təbii ki, Gürcüstanda demokratik inkişaf gedir və seçkilərin şəffaf keçirilməsinə şərait var. Amma Saakaşvilinin Gürcüstanda olmamasının partiyasına mənfi təsirləri çoxdur. Digər yandan düşünürəm ki, Saakaşvili seçkilərdən öncə ölkəsinə qayıdarsa, Gürcüstan polisi onu saxlayacaq. Saakaşvilisiz onun partiyasının qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Hər halda onun partiyası parlamentdə yer alacaq. Amma qalib gəlmələrinə dair konkret söz demək çətindir”.
Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya