Saakaşvili rusları Krımdan getməyə çağırdı







Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili rusları Krımı tərk etməyə və yarımadanı Ukraynaya təhvil verməyə çağırıb.
"Kimin işğaldan xoşu gəlirsə, Rusiyaya getsinlər. Simferopolda aeroport açıqdır, işləyir. Orada Rusiyaya gedən təyyarələr var", - Saakaşvili bildirib. Saakaşvili Rusiyanı sevən Krım sakinlərinə Rusiya ərazisinə köçməyi təklif edib. (Musavat.com)