Saakaşvili Tbilisidə aksiya keçirən etirazçıları təslim olmamağa çağırıb
16:19 02.12.2018
Arxiv
584
Gürcüstanın müxalif "Güc birlikdədir” koalisiyası prezident seçkilərinin nəticələrinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət edəcək.
"Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisidə kütləvi aksiyada çıxış edən prezidentliyə sabiq namizəd Qriqol Vaşadze deyib.
O, bildirib ki, qanun çərçivəsində kriminal hökumətə son qoyulacaq. "Noyabrın 28-də keçirilmiş seçki seçki olmadı. Bu, Gürcüstan xalqına qarşı kriminal əməliyyat oldu”.
Q.Vaşadze bildirib ki, müxalifət ölkədə siyasi böhranın aradan qaldırılması üçün hökumətə 16 dekabradək vaxt verib:
"Biz növbədənkənar parlament seçkiləri və seçki qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsini tələb edirik. Buna görə hökuməti işçi qrup yaratmağa çağırırıq. Gələcək planlarımız hökumətin addımlarından asılı olacaq”.
Askiya iştirakçılarına Gürcüstanın sabiq prezidenti, Vahid Milli Hərəkat Partiyasının lideri Mixeil Saakaşvili canlı video bağlantı ilə müraciət edib. O, etirazçıları təslim olmamağa və səslərini qorumağa çağırıb:
"Bizim mübarizəmiz qələbə ilə başa çatacaq. Məni çağıran kimi, mən fiziki olaraq yanınza gələcəyəm. Biz dayanmayacağıq və mübarizəmizi davam etdirəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
09:17 04.09.2026
Gündəm