Saakaşvili Ukraynada hakimiyyətə gələ bilər, amma..

"Trampın Rusiya ilə münasibətindən çox şey asılıdır”


Mixayıl Saakaşvilinin vətəndaşlığının ləğvi və Gürcüstana təhvil verilməsi haqqında şayiələr var.
Bunu Sherg.az- a Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynada yenidən hakimiyyət uğurunda mübarizəyə başlamasını dəyərləndirərkən politloq Qabil Hüseynli söyləyib. Ekpertin sözlərinə görə, sabiq qubernator müxtəlif aksiyalarla əhalinin etimadını qazanmağa cəhd göstərir: " Keçmiş qubernator Ukrayna hakimiyyət orqanları, xüsusilə prezident Pyotr Poraşenko tərəfindən uzaqlaşdırılır. Lakin Qərb hələ də M. Saakaşvilinin mövqeyini müdafiə edir. Dünyanın və Avropa Birliyinin aparıcı dövlətləri, Almaniya, Fransa, o cümlədən Amerika ilə onun münasibətləri var. Görünür, Qərbin müəyyən təlqinləri sayəsində M. Saakaşviliyə qarşı repressiv addımlar səngiyir. Onun siyasətlə məşğul olmasına qismən şərait yaradılır. Düşünürəm ki, ona qarşı provakasiyalar olmasa və irəli atılmasına şərait yaradılsa, Ukrayna üçün önəmli siyasi dəyişikliklər ola bilər. Bu prosesin nəticəsində Amerikanın addımlarından və D. Trampın Rusiya ilə münasibətindən çox şey asılıdır”.

Qeyd edək ki, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili özünün facebook səhifəsində Ukraynada yeni siyasi qüvvənin yaradılması üzrə işin başlandığını bəyan edib.

Aysel Aslan