Saakaşvilinin həyat yoldaşı seçkilərin ikinci turuna qatılmayacaq
16:17 23.10.2016
Arxiv
636
Saakaşvilinin həyat yoldaşı parlament seçkilərinin ikinci turunda iştirak etməməyə qərar verib
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs Zuqdidi şəhərində birmandatlı dairə üzrə parlament seçkilərinin ikinci turunda iştirak etməyəcəyini açıqlayıb.
APA-nın məlumatına görə, S. Rulovs bunu bu gün "Odişi Nyus” telekanalına açıqlamasında bildirib.
Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd olan S. Rulovs deyib ki, səsvermə prosesinin gedişində ciddi pozuntular olub və seçkilərin ikinci turunda iştirak etməyi məqsədəuyğun saymır.
Qeyd edək ki, MSK-nın məlumatına görə, Zuqdidi dairəsi üzrə seçkilərin ilkin nəticələrinə əsasən S. Rulovs bu dairədə seçicilərin səslərinin 44,48 faizini, hakim Gürcü Arzusunun namizədi Edişer Toloraya isə səslərin 48,63 faizinin səsini toplayıb. Namizədlərdən heç bir 50 faiz+1 səs toplamadığı üçün seçkilərin ikinci turu təşkil olunacaq. S. Rulovs ikinci turda iştirak etmək istəmədiyini açıqlasa da, seçki qanunvericiliyinə əsasən ikinci turda da onun adı seçki bülletenində olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm