Saatlıda su problemi nəzarətə götürüldü - RƏSMİ AÇIQLAMA
15:08 03.07.2020
Arxiv
687
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Saatlı rayonunda yaranmış su problemi ilə bağlı məsələyə münasibət bildirib.
ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Saatlı rayonu ərazisində 57 min hektar suvarılan əkin sahəsi var:
“Bu sahələrin su təminatı əsasən Araz çayı üzərində yerləşən və altı rayonun 170 min hektar sahəsinə xidmət edən Bəhramtəpə hidroqovşağından başlanğıcını götürən Baş Muğan və ondan ayrılan kanallar, eyni zamanda Kür və Araz çayları üzərində yerləşən nasos stansiyaları vasitəsilə həyata keçirilir.
Xidmət etdiyi əkin sahələri nəzərə alınaraq rayonlararası su bölgüsü limitləri hazırlanıb və suyun miqdarı nəzərə alınaraq su bölgüsü təsdiq edilmiş limit daxilində həyata keçirilir. Son vaxtlar Araz çayında suyun sərfi azaldığından digər rayonlarla yanaşı, Saatlı rayonuna verilən suyun həcmi də müəyyən qədər azalıb.
Rayon ərazisində də kəndlərarası su bölgüsü tərtib edilmiş qrafik əsasında aparılır. Bu səbəbdən bir sıra kəndlərdə su təminatında çətinliklər yaranır. Yaranmış çətinliklər nəzərə alınaraq, İran İslam Respublikası ilə birgə istismar olunan Araz su anbarından buraxılan suyun həcmi artırılmış və növbəti həftənin birinci günü axşama rayona tələbata uyğun suyun verilməsi təmin ediləcək”.
“Qeyd olunanlar barədə rayon rəhbərliyi, dövlət aqrar inkişaf mərkəzi və su istifadəçiləri məlumatlandırılıb. Rayonun Nabatkənd və Çolpu kəndlərinə kommunal-məişət ehtiyacları üçün suyun verilməsinin təcili bərpa edilməsi barədə yerli istismar idarəsinə ciddi tapşırıq verilib. Hazırda bu istiqamətdə iş aparılır və işlər də nəzarətə götürülüb”, - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol