Sabahdan çimərliklərin fəaliyyəti bərpa edilir
12:05 09.06.2021
Arxiv
516
İyunun 10-dan çimərliklərin fəaliyyəti bərpa edilir. Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşları çimərlik mövsümünə hazırlıqla əlaqədar bir sıra təhlükəsizlik tədbirləri həyata keçirir.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili "Report"a bildirib ki, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, eyni zamanda, dalğıc işləri həyata keçirmək üçün nəzərdə tutulan avadanlıqlar artıq işlək vəziyyətə gətirilib.
Onun sözlərinə görə, hazırda Xidmətin nəzarət etdiyi ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı baxışlar keçirilib, sualtı təmizləmə işləri aparılıb:
"Məhz bu baxışlar zamanı aşkar edilən sualtı təhlükələr xüsusi nişanlarla işarələnir. Dənizdə isə üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulur".
Şöbə rəisi bildirib ki, çimərliklərdə istirahət edən vətəndaşların sularda təhlükəsizliyini təmin etmək üçün maarifləndirici və məlumatverici lövhələr də yerləşdirib.
A.Əlili təhlükəsizlik tədbirləri ilə bağlı vətəndaşlara müraciət edib:
“Vətəndaşlara bildiririk ki, nəzarət olunmayan qeyri-çimərlik ərazilərindən istifadə etməsinlər. Çimərlik seçərkən daha diqqətli olsunlar, öz istirahətlərini daha təhlükəsiz etmək üçün xilasedicilərin xidmət apardığı, xilasetmə texnikalarının mövcud olduğu çimərliklərdən istifadə etsinlər. Küləkli havada dənizə girmək, spirtli içki qəbul edərək dənizə daxil olmaq, üzmə sərhədlərini müəyyən edən nişanları üzüb keçmək, çimərlik ərazisini məişət tullantıları ilə zibilləmək, suda kobud hərəkətlər etmək, xilasetmə texnika və avadanlıqlarının üzərinə çıxaraq suya baş vurmaq qadağandır.
Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir. Ərazidə yerləşdirilmiş maarifləndirici lövhələrin tələblərinə və xilasedicilərin sözlərinə əməl olunmalıdır".
FHN rəsmisi deyib ki, artıq çimərlik ərazilərində yerli icra orqanları tərəfindən karantin tələblərinə uyğun sosial məsafənin qorunması, dezinfeksiyaedici məhlullardan istifadə məsələləri bir çox çimərliklərdə artıq mövcuddur.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən, iyunun 10-dan çimərliklərin fəaliyyəti bərpa edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou