
Sağ olsun, Jirinovski!
20:48 17.03.2016
Arxiv
955
Elman Məmmədov: “Həqiqətən vaxt gələcək Qorbaçov Qarabağa görə öz cəzasını alacaq”

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Mixail Qorbaçovdan Dağlıq Qarabağa görə cavab verməyi tələb edib. Jirinovskinin partiyası M.Qorbaçovun siyasi cinayətkar kimi tanınması üçün Dövlət Dumasına qanun layihəsi də göndərib.
Məlumat üçün deyək ki, qanun layihəsi qəbul olunarsa, Qorbaçov bir çox məsələlərlə bağlı, həmçinin, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına yaratdığı şərait üçün cavab verməli olacaq. Rusiyalı analitiklər düşünürlər ki, ölkədə on milyonlarla insan bu təşəbbüsü dəstəkləyə bilər. Jirinovskinin təşəbbüsünü dəyərləndirən millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında deyib ki, RLDP-nin lideri vaxtaşırı sensasiya yaradacaq bəyanatlar verir və hər zaman olmasa da, çox vaxt düzgün ifadələr səsləndirir: "Sizə bir tarixi xatırlatmaq istəyirəm. 1991-ci ilin yanvar ayının 8-də Dağlıq Qarabağdan olan bir qrup azərbaycanlı ilə birlikdə Mərkəzi Komitənin katibi Oleq Semyonoviç Şeninlə görüşdük. Orada mən, Şuşanın ovaxtkı rəhbərliyi, professor Cümşüd Nuriyev, general Mustafa Nəsirov, Ağdamın, Laçının əvvəlki icra başçıları və başqaları var idi. Onun otağında üzünə dedim ki, 1988-ci ildən bəri postsovet məkanında milli münaqişə zəminində baş verən bütün hadisələrə görə Mixail Qorbaçov məsuliyyət daşıyır. Vaxt gələcək o, bunlara görə cavab verməli olacaq. İndi bunu Jirinovski deyir, çox düz və haqlı edir. Qorbaçov SSRİ-nin rəhbəri kimi ölkədə baş verən bütün cinayətlərə görə cavabdehdir. Çünki sovet ittifaqında milli münaqişənin qızışdırılması, dinc insanların qanının tökülməsi, ərazilərin işğal olunması birbaşa Qorbaçov tərəfindən həyata keçirilib. O, konkret olaraq günahkardır. Güman edirəm ki, həqiqətən vaxt gələcək və Qorbaçov öz cəzasını alacaq. Əgər Jirinovskinin təklifi ilə bağlı hansısa səsvermə, referendum keçirilərsə, mən böyük məmnuniyyətlə onun lehinə səs verəcəm. Sağ olsun Jirinovski ki, belə haqlı tələblə çıxış edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol