Şagirdlər Azərbaycan Dillər Universitetinin qonağı olublar
09:12 15.05.2019
Arxiv
613
Milli Qəhrəman Ərəstun Mahmudov adına Nizami rayon 220 saylı orta məktəbin şagirdləri və müəllimləri Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.
ADU-nun rektoru, akademik Kamal Abdulla universitetin tədris prosesi, beynəlxalq əlaqələri haqqında onlara geniş məlumat verib. Ali təhsil ocağında həyata keçirilən layihələrdən söz açan universitet rəhbəri "Bir günlük xəlifə” layihəsi barədə də danışıb: "Bir vəzifə uğrunda 25-30 nəfər bir-birilə mübarizə aparır, debatlara çıxırlar. Seçilən xəlifələr 1 gün ərzində tam ciddiyyətlə universiteti idarə edir, əmrlər verirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin "Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti "Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir”.
Akademik Kamal Abdulla aprelin 19-da ADU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda Respublika tələbə-şagird elmi konfransından da söz açıb. Müxtəlif köçkün məktəbi şagirdlərinin həmin konfransda aktiv iştirakına toxunan rektor onların "Heydər Əliyev və Azərbaycanın gələcəyi”, "Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, "Multikulturalizm ənənələri” mövzusunda müxtəlif elmi işlər yazdıqlarını diqqətə çatdırıb, məktəb-universitet əlaqələrinin vacibliyinə toxunub.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Qasımova çalışdığı məktəbin 2 dəfə Azərbaycan Prezidenti tərəfindən ilin məktəbi adına layiq görüldüyünü bildirib. O, eyni zamanda məktəb şagirdlərinin uğurlarından da söz açıb.
Şagirdlər daha sonra universitetlə yaxından tanış olublar.
Qeyd edək ki, ADU-nun Təhsil və Filologiya və jurnalistika fakültəsinin 19 tələbəsi Milli Qəhrəmanı Ərəstun Mahmudovun adını daşıyan 220 saylı orta məktəbdə pedaqoji təcrübədədirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region