"Video dərslərin digər əhəmiyyəti isə müəllimlərin daha təcrübəli həmkarlarının dərslərini izləmələri və onların istifadə etdiyi metodlardan dərs prosesində istifadə etmələridir"
Şagirdlər müstəqil şəkildə öz üzərində çalışa biləcək
09:16 23.01.2019
Arxiv
414
Ekspertlər DİM-in təqdim etdiyi yeni “video-dərs”ləri təqdir edirlər
"Video dərslərin digər əhəmiyyəti isə müəllimlərin daha təcrübəli həmkarlarının dərslərini izləmələri və onların istifadə etdiyi metodlardan dərs prosesində istifadə etmələridir"
"Video dərslərin digər əhəmiyyəti isə müəllimlərin daha təcrübəli həmkarlarının dərslərini izləmələri və onların istifadə etdiyi metodlardan dərs prosesində istifadə etmələridir"
Dövlət İmtahan Mərkəzi yeni "video-dərs” sosial layihəsinə start verib. DİM-dən verilən məlumata görə, fənlər və V-VII sinifdən başlayaraq dərsliklərdə olan mövzular səsli formada – videomaterial, illüstrasiya, fotoşəkil və müxtəlif vasitələrdən istifadə etməklə "video-dərs” formasında təqdim olunacaq.
DİM-dən qeyd olunub ki, təlim prosesinin qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə müstəqil şəkildə öz üzərində çalışmaq üçün vərdiş və bacarıqları formalaşdırmaqdır. DİM-in təqdim etdiyi yeni "video-dərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı mənbə olacaq.
Layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V-VII siniflərdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik "video-dərs” formasında hazırlanacaq. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunacaq. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verəcək.
Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in "Youtube” kanalına yerləşdiriləcək. Artıq ingilis dili fənni üzrə V, VI, VII sinfə aid materiallar əsasında "video-dərs”lər kanala yerləşdirilib. Fizika fənni üzrə materialların hazırlanması da yekun mərhələdədir. Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.
Mövzuların video şəklində təqdim olunmasının bir sıra üstünlükləri var. Video təqdimatlar şagirdlərin mövzunu daha yaxşı qavraması və yadda saxlaması effektivliyini artırır. Dərsliklərdəki materialların yeni formada olması şagirdlərin fənnə maraq oyatmağına da yardımçı ola bilər.
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə bildirib ki, Azərbaycan təhsil sistemində tədris edilən fənlər üzrə qabaqcıl və təcrübəli müəllimlərin dərs izahını video çəkiliş edərək interaktiv texnologiyaları tətbiq etməklə şagirdlər üçün video dərslər təqdim edilməsi olduqca müsbət bir haldır:
"Bu gün informasiya və rabitə texnologiyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliyyətində şagirdlər tərəfindən kompüterin effektiv istifadə edilməlidir. Təəssüf ki, bu gün şagirdlərimiz telefon, planşet və kompüterdən səmərəli istifadə etmirlər. Onlar İKT-nin yaratdığı geniş imkanları öz bilik və bacarıqlarının artırılması istiqamətində istifadə etmirlər. Video dərslərin təqdim edilməsi olduqca yaxşı haldır. Bu həm qabaqcıl təcrübənin bölüşdürülməsi, həm də paytaxtdan kənarda oxuyan şagirdlərin peşəkar müəllimdən dərs almasına imkan verəcək. Digər tərəfdən isə repetitor yanına getməyə maddi imkanı olmayan abituriyentlər bununla da ödənişsiz peşəkar müəllimlərdən dərs ala biləcəklər. Bu olduqca müsbət sosial addımdır”.
Ekspert bildirib ki, yeni layihənin üstün tərəflərindən biri də odur ki, dərs prosesində müəyyən mövzunun izahında iştirak edə bilmədikdə və ya dinlədiyi dərsin izahını başa düşmədiyi halda şagird internet vasitəsilə video portala daxil olub həmin mövzunun izahını izləmək imkanı əldə edə bilir:
"Video dərslərin digər əhəmiyyəti isə müəllimlərin daha təcrübəli həmkarlarının dərslərini izləmələri və onların istifadə etdiyi metodlardan dərs prosesində istifadə etmələridir. Bu isə onların öz pedaqoji təcrübələrini daha da təkmilləşdirməsi deməkdir. Video dərslər zamanı dərsliklərdə olan mövzular səsli formada-videomaterial, illüstrasiya, fotoşəkil və müxtəlif vasitələrdən istifadə etməklə dinəliyici üçün daha yadda qalan edilir. Dövlət İmtahan Mərkəzi tərəfindən video-dərslərin təşkili ilə təlim prosesinin qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə müstəqil şəkildə öz üzərində çalışmaq üçün vərdiş və bacarıqları formalaşdıracaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm