Sağlamlığımızın keşikçiləri
Həkimlik sənətinə tarixən ən ülvi peşə, bu sənətin daşıyıcılarına isə ucalıq rəmzi kimi baxmışlar.Səhhətimizdə kiçik bir rahatsızlıq hiss etdikdə belə sağlamlığın həyatımızda nə qədər böyük önəm daşıdığının fərqinə varırıq. Şəfa tapmaq ümidilə qapısını döydüklərimizisə təbii ki, sağlığımızın keşiyini çəkən şərəfli peşə sahibləri ─ həkimlər olur. Sahib olduğu peşəni ləyaqətlə davam etdirən tibb işçilərimizin nə qədər müqəddəs və şərəfli işi öz öhdələrinə götürmələrini təxmin etmək o qədər də çətin deyil. Ən adi bir şikayətdən tutmuş ciddi cərrahi müdaxiləyə qədər şəfalı əllərinə ehtiyac duyduğumuz bu ali sənət sahiblərinə nə qədər təşəkkür etsək, yenə də azdır.
Artıq bir ildən artıq müddətdir ki, qloballaşan dünyamız koronavirus pandemiyası ilə üz-üzə qalıb. Bəşəriyyəti öz cənginə alan bu gözəgörünməz bəla ilə mübarizədə də pənah apardığımız yer göydə Allah, yerdə isə Hippokrat andı içmiş həkimlərimizdir.
Təəssüflə deməliyik ki, verdiyi sözü tutmayıb, içdiyi anda naxələf çıxan həkimlərimiz də az deyil. Son günlər ölkəmizdə baş verən xoşagəlməz olaylar bunu bir daha təsdiq etdi. Pandemiya ilə mübarizədə aktiv və ağır xəstələrə yardım etmək məqsədilə yaradılan iki böyük qurumun –“Yeni klinika” tibbi müəssisəsinin direktorunun və Fövqəladə Hallar Nazirliyinin Zığdakı Modul tipli hospitalının baş həkiminin qanunsuz əməllərinə təbii ki, heç cür haqq qazandırmaq olmaz. Baş prokurorluğun ciddi yoxlamaları nəticəsindəüzə çıxarılan bu faktlar heç şübhəsiz ki, səhiyyəmizə ləkə gətirən mənfi hal kimi tarixdə izini qoydu. Hər birimizdə qıcıq yaradan qanuna ziddhərəkətlərəölkə başçısı göz yuma bilməzdi və cənab Prezidentin baş verən olaylara adekvat addım atması gözlənilən idi. Belə ki, Səhiyyə nazirinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı verilmiş sərəncamhazırkı durumda səhiyyəmizə olan güvəni, etibarı geri qaytarmaq üçün yerində verilmiş qərar hesabedilə bilər.
Şükürlər olsun ki, bu çətin sınaq müddətində, ölümlə-qalımın bərabər addımladığı pandemiya dövründə bu ali və nəcib peşənin sözün əsl mənasında gərəyincə öhdəsindən gələn həkimlərimiz və ümumilikdə götürsək, tibb müəssisələrimiz də az deyil. Bu gün işıq tutmaq istədiyimiz belə klinikalardan biri isə Bakı Sağlamlıq Mərkəzidir. Hər şeydən öncə onu qeyd etməliyik ki, bu tibb müəssisəsi daşıdığı adı göstərdiyi xidmətlə doğrultmağa çalışır. İnsanlara şəfqət göstərməyi başlıca amal hesab edən klinika cəmi yeddiillik bir inkişaf yolu keçsə də, qısa bir zamanda ona pənah gətirənlərinböyük etimadını qazanmışdır.
Ən son tibbi avadanlıqlarla təchiz olunmuş və 55 min kvadratmetr sahəni çevrələyən buklinika ölkənin ən böyük tibb müəssisələrindən biridir. İnsanların şəfa tapmaq üçün üz tutduqları Bakı Sağlamlıq Mərkəzinə Asiman Həsənov rəhbərlik edir. İcraçı direktorun ətrafına topladığı uğurlu tibbi heyətin, xüsusilə istedadlı və məsuliyyətli gənc kadrların sayəsində klinikaya müraciət edənlərin sayı günü-gündən artır.
Hazırkı şəraitdə, pandemiyanın xüsusilə geniş əl-qol açdığı bir şəraitdə sözügedən müəssisənin onuncu mərtəbəsində yerləşən və tam şəkildə virusla mübarizəyə yönəlmiş İnfeksiya şöbəsinin göstərdiyi fədakarlıq isə danılmazdır. Adını çəkməyi xüsusilə vacib saydığımız sözügedən şöbənin müdiri Zakir Quliyev üzərinə götürdüyü bu çətin və məsuliyyətli yükü vicdanla həyata keçirən həkimlərimizdəndir. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra qardaş Türkiyənin İstanbul şəhərindəbeş il uzmanlığın sirlərini öyrənən həkimin hər incə, hər kiçik detala belə dərhal, yerindəcə göstərdiyi həssaslıqişinə olan sevgisinin bariz nümunəsidir. Emin Abışov, Xalid Qurbanzadə, Əlturan Hüseynzadə kimi digər həkiməməkdaşlar da Z.Quliyev kimi seçdikləri peşənin arxasında vicdanla dayanmağı bacaran həkimlərimizdəndir. Adıkeçən və keçməyən bu ali sənət sahibləri, eləcə də sözügedən klinikanın şəfqət bacıları vətəndaş sağlamlığının ən öndə gələn prioritet olduğunu dərk edərək, mövcud durumda öz həyatlarını da təhlükəyə ataraq,gecə-gündüz bilmədən bu şərəfli işin başındadırlar.
Məhz bu cür peşəkar tibbi xidmətin və qayğının göstəricisidir ki, ölkəmizin tanınmış elm, təhsil və sənət adamları da sağlamlıqlarını bu klinikaya etibar edirlər.
Son günlər gördüyü işlərlə yaxşı mənada seçilən bu müəssisəyə üz tutanlardan biri dəAMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovdur. Tanınmış ziyalı, dəyərli alim M.Kazımoğlu-İmanovyoluxduğu koronavirus bəlası ilə mübarizədə sözügedən tibb müəssisəsində müalicə alıb. Bizimlə telefon söhbətində hörmətli akademik tibbi heyətin ən kiçik vəzifəli nümayəndəsindən tutmuş ən səlahiyyətli şəxsinə qədər fərq qoymadan hər kəsə böyük sevgi ilə yanaşdığını dilə gətirərək, klinikadan razılıq etdi. Alimin sözlərinə görə, müasir avadanlıqlarla təchiz olunmuş tibb müəssisəsinin əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirməklə yanaşı xoş əhval-ruhiyyə və gülərüzlə xəstələrin qayğısını çəkirlər. Söhbətimiz əsnasında akademik M.Kazımoğlu-İmanov klinikada şahidi olduğu üç cəhəti ─ operativ təşkilatçılığı, həkimpeşəkarlığını, eləcə dətibbi xidmətin məsuliyyətlə yerinə yetirilməsini xüsusi vurğuladı.
Alimin qeyd etdiyi bu nüanslar, bu ab-hava şübhəsiz ki, sözügedən tibb ocağına şəfa dalıncagələn xəstələrin də tezliklə xəstəlikdən qurtulub yenidən normal həyata dönmələrinə bilavasitə təsir edir. Bakı Sağlamlıq Mərkəzində müalicə alan hər bir fərdə göstərilən bu diqqəti, bu qayğını yalnız alqışlamaq olar. İnsanlara yaşamaq sevincinibəxş edən,“Sizin sağlamlığınız, bizim sağlamlığımızdır!” devizini hər zaman uca tutan yüksəkixtisaslı, qayğıkeş həkimlərimizin çox olması həm də sağlam gələcəkdən soraq verir. Sağlamlığımızı etibarlı əllərə təslim edək!
Sönməz Abbaslı