“Bu insanın son vaxtlar işi ancaq polislərdə ərizə yazmaqdı”
“Samir, sənə çörəyi mən vermişəm”
Kamran Həsənli: “Mənə dələduz dedin, məni təhqir etdin. Səncə, mən bu qədər aciz biriyəm ki, susum”
“Bu insanın son vaxtlar işi ancaq polislərdə ərizə yazmaqdı”
“Bu insanın son vaxtlar işi ancaq polislərdə ərizə yazmaqdı”
"Mən bu biznesdə 300 min evro pul itirmişəm. Özümə və valideynlərimə aid evləri satmışam. Anamın, atamın evi satılıb ki, o şirkətə yatırım edim”
"AST Telman da bankrot olub, Tramp da 3 dəfə bankrot olub. İndi buna
görə onlara cinayət düşməlidir ki?”
Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı səngiməyib.
Samir Piriyev şoumenin ona şikayətini geri götürməsi üçün pul təklif etdiyini iddia edib. Kamran Samirə deyib ki, 35 min verim ərizəni geri götür.
K.Həsənlinin vəkili Türkəl Süleymanlı bu iddianın tamamilə əsassız olduğunu bildirib. "Guya Kamran tərəfindən onlara 35 min təklif edilib. Kamran Həsənli tərəfindən Samir Piriyevə və ya onun vəkilinə heç bir pul təklif olunmayıb ki, cinayət işini geri çəksin. Samir Piriyevin saxta ərizəsi əsasında müvafiq orqanlara müraciət edilib. Əvəllər Kamran Samirə nəsə edibsə, yazığı gəldiyi üçün verib. Bundan sonra ona 35 qəpik belə vermək niyyəti yoxdur. Bu da Samir Piriyevin yeni yalanıdır. Şantaj yolu ilə pul əldə etməyə çalışırlar. Əvvəldə Samir Kamrana demişdi ki, evini keçirt adıma, səndən şikayət etməyim. Həmin gündən Kamran onun niyyətini başa düşüb.
Onlar tərəfindən kimə nə qədər pul verdikləri, işin yolunda getməməsi və narazı olmaları haqda məlumatımız var. Ən yaxın zamanda bəyanat yayaraq Samir Piriyevin hansı cinayətlərə əl atdığını aşkarlayacağıq. Hətta Samir bu işə görə gedib kimin toyunda pulsuz oxuyub, onu da deyəcəyik. Samir Piriyev yalançı ərizəsində yazıb ki, Türkiyədə obyekt yox idi. Niyə yalan ərizə yazırsınız? Kamran heç bir yerdə deməyib ki, məsələ həll olundu. Onlar növbəti şər atmaq işinə keçiblər. Əsası olmayan sözlərə görə qanun qarşısında cavab verəcəklər”.
Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K.Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov Rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. E.Məmmədoğlu isə polisə ifadə verərək K.Həsənlinin günahsız olduğunu bildirib.
Kamran Həsənli "Şərq”ə açıqlaması ilə yenə sükutu pozdu:
"Bu günə qədər susmuşam, danışmamışam. Amma bu o demək deyil ki, onlar istədiklərini danışa bilərlər. Məni təhqir etdilər, məni dələduzluqda ittiham etdilər. Susaraq məhkəmə prosesinin bitməsini gözlədim. Amma artıq danışmağın zamanıdır. Samiri ilk dəfə mən - efirə çıxarmışam. 4 il onu böyrümdə toylara aparmışam.
Ona çörək vermişəm. Sən Samir, deyirsən ki, mən Elariz Məmmədoğluna halallıq vermirəm. Sən kimsən ki, Elarizə halallıq verəsən?
Sən Elarizə çörək vermirsən. Mən Kamran isə səni çörəyə çatdırmışam. Mən sənə halallıq verməyə bilərəm. Mənə yalvarırdı ki, məni toylara apar. Səni ilk dəfə yenə qeyd edirəm ki, efirə çıxaran insan mən olmuşam. Bunu musiqi aləmində olanlar bilir. Qaldı konkret bu məsələyə, 2009-cu ildə bizim bu obyektimiz fəaliyyətə başlayanda mən hamıya demişdim, bütün sənətçi dostlara ki, belə bir biznes işimiz var, bizimlə şərik olsunlar.
Ədalət Şükürova, Nadir Qafarzadəyə və başqalarına ki, şərik olub işləyək. Şərikliyə Samir Piriyev cavab verdi. Bildirdim ki, 250 min pul qoymaq lazımdı ki, şəriklik başlasın. 150 min verdi, sonra qalanını gətirmədi. Nə qədər dedik ki, şəriksənsə, gətir məbləği ver, nə isə, vermədi. Sonra 2016-cı ildə birdən-birə məni prokurorluğa şikayət etdi.
Yazıb ki, mən Kamrana filan qədər pul verdim, sonra getdim gördüm orda obyekt yoxdu. Görün nə qədər yalan danışır. Bu müddətdə də barəmdə müxtəlif fikirlər yaratmağa çalışdı, izahatlarında mənə yalan və böhtanlarla təsir etməyə çalışdı. İki ildən sonra faktlar meydana çıxdı. Onun yalan və rüşvət məsələlərini sübut etməyə başladıq. Gördü ki, belə böhtanlarla nəsə əldə edə bilmir. O obyekti də görüb, gedib ordan 15 min dollar pulunu da alıb. Biznesimiz iflas etdi. O da bunu görüb dərhal gəlib 15 mini geri aldı.
Orda da ağlayırdı ki, yoldaşımdan ayrılmışam, evsiz qalmışam-filan. Bütün söhbətlərin telefon danışıqları qalır. Özü yazıb danışıqları. Erhan da ona bildirdi ki, obyekt satışa qoyulub, satılanda hamı kimi sən də pulunu götürərsən. Deyirdi ki, mən obyekt görməmişəm. İndi siz deyin, insan o qədər böyük məbləği çayxanada verib iş qurarmı? Bu nə dərəcədə real görünür. Məhkəmə proseslərində sübut olundu ki, o, Türkiyəyə neçə dəfə gedib, gəlib. Ölkədən çıxışı və girişi barədə sənədlər var.
Yalançı şahidləri var idi. Onların yalanı da üzə çıxacaq. Birinci ərizəsində iddia edirdi ki, gedib gördüm ki, obyekt yoxdu. Bunu sübut etdik ki, o, obyektə də gəlib, orada olub. Bu, əsassız iddia idi. Biz bunu sübut edə bildik. Yalan olduğu ortaya çıxdı. Sonra burdakı yalanları üzə çıxdı. Gah dedi ki, Kamran Həsənliyə 80 min pulu maşında vermişəm, gah izahatını dəyişdi ki, çayxanada vermişəm. Bunları da sübut edə bildik. Hətta çayxananın sahibini tapdıq. Çayxana sahibi də izahat verdi ki, Kamran Həsənli o çayxanada tez-tez dostlarla oturub və heç kimin yanında pulun ona verildiyini görməmişik. Hətta bizə qulluq edən çayçını da tapdıq, gətirdik.
O da izahatında bildirdi ki, yalandı. Bir şahid tapıb, özü kimi yalandan izahat yazıb. Bildirir ki, guya, salafan klyokda pulu Samir Kamrana verib. Sual olunur ki, siz salafan klyokda pulun olduğunu hardan bildiniz? Deyir Samir dedi. Sən görmədiyin işi necə deyə bilərsən? Samirin heç bir izahatı biri digəri ilə uzlaşmır.
Bir izahatda pulu maşında mənə verdiyini idda edir, birində çayxanada olarkən deyir”. Maraqlandıq ki, Kamran özü bu mübahisəli biznesdə nə qədər itirib? Sualımızı cavablandıran Kamran Həsənli "Mən bu biznesdə 300 min evro pul itirmişəm. Yəni 400 min dollar pul itirmişəm. Mən özümə və valideynlərimə aid evləri satmışam. Anamın, atamın evi satılıb ki, o şirkətə yatırım edim. İndi məntiqlə sual verirəm, mən 300 min pul qoyduğum şirkətə o pulu ona görə qoydum ki, 80 min Samirin pulunu yeyim? Bu nə dərəcədə məntiqə sığır? Biznesdə əgər şərik iş görürsənsə, burda qazananda da eyni dərəcədə qazanc olur, itirəndə də hamı itirir. Mən 400 min dollar sərmayəni ona görə qoymuşdum ki, gəlir qazanım.
Alınmadı, iflas etdim. Məsələ burasındadır ki, biz işi quranda bankdan da pul götürdük, iş alınmadı deyə bank bizim şirkəti hərraca çıxarıb. Samir gördü ki, iş alınmadı, məni prokurorluğa verməklə pulunu geri almağa çalışdı. Bu biznesdi, uduza da bilərsən, qazanmaq şansın da ola bilər. Biz böyük bir biznes qurmuşduq.
200 nəfərlik restoran, yanacaqdoldurma obyekti, bağ-bağçası, hamamı, saunası-filan. Amma alınmadı. Şərik tapa bilmədik deyə bankdan krediti qaytara bilmədik, bank əl qoydu. Obyekt satılacaq təbii ki, pulumuzu geri götürərik. Sadəcə Samir gözləmədiyim məqamda məni prokurorluğa verdi. Düşündü ki, abrıma bükülüb susaram. Mən uzun müddət danışmadım. Amma faktlar meydana gəldikdən sonra danışmağa məcbur qaldım. Sən məni ləkələməyə çalışdın, bununla nə əldə etdin? Mənə dələduz dedin, məni təhqir etdin.
Səncə, mən bu qədər aciz biriyəm ki, susum. Təbii ki, işgüzar nüfuzuma də xələl gətirdiyi üçün lazımi cəza tələb edəcəm. Mən bacımın adını hallandırana qədər təmkinlə hadisələrin gedişatını izlədim. Amma Gülərin adını çəkməklə artıq bütün pərdələri aradan götürdülər. Bilirdilər ki, bacımın adının hallanması mənə pis təsir edər. Bilərəkdən məhz onun adını hallandırmağa çalışdılar. Ən şərəfsiz işlərə əl atmağa çalışdılar.
Bu yaxınlarda məclislərdən birində döyüldüyü də ortaya çıxdı. Döyən adamdan da şikayət yazıb. Bu insanın son vaxtlar işi ancaq polislərdə ərizə yazmaqdı. Qaldı barışıq gözlənilə bilərmi sualına cavabım birmənalıdır. Sizcə, məni tutdurmaq istəyən, 2 ildə olmazın böhtanları ilə məni şərləmək istəyən adamı bağışlaya bilərəm? Mənim bacımın adını bu olayda hallandıranı mən necə bağışlayaram? Necə onunla barışa bilərəm?
Bu mümkün deyil. Bu gün artıq çarəsiz qaldığını anlayır deyə, orda-burda öz nəslini söyür ki, kimisə nəyəsə inandırsın. İndi də deyir ki, mən 80 mini Kamrana borc vermişəm. Nə qədər gülməli səslənir. Bunu da qeyd edim ki, deyirdi obyekt görməmişəm. Həmin o türk vətəndaşı da Bakıya gəldi, izahat verdi. Yəni bizimlə şərik olan Erhan Yılmız da izahat verdi. Onun verdiyi izahatlar araşdırıldıqdan sonra sübut olundu ki, Samir ifadələrində mənə böhtan atır.
Üzləşmədə də boynuna aldı ki, bəli, mən obyektdə olmuşam, onlarla şərik olmaq istəmişəm. Gördü ki, belə də işi çətinə düşüb. İndi iki ildən sonra təzə bir şahid meydana çıxarıb. Bu da onun saç dəlləyidir. İki ildi şahidi demək olar yox idi, indi dəllək şahid olub. Guya çayxanada pulu verəndə bu dəllək də orda olub. Amma pulun üzünü görən şahidi yoxdur ki, kimin yanında o qədər məbləği verib. Sizcə, 80 min manat pulu kim çayxanada verər ki, iş görsün? Bu axı gülməlidi. Mən bircə bunu deyə bilərəm ki, iş üzrə istintaq davam edir və onun yalanları yavaş-yavaş sübut olunur.
Ona sual verəndə ki, işlə bağlı izahatların heç biri digərini tamamlamır, deyirlər ki, vətəndaşın izahatını dəyişmək ixtiyarı var. Axı siz izahatlarda məntiqsizliyi görürsüz. 300 min evro mən itirmişəm, şərikim məni necə günahlandıra bilər. AST Telman da bankrot olub, Tramp da 3 dəfə bankrot olub. İndi buna görə onlara cinayət düşməlidir ki? İndi Samir bu biznesdə yaxşı qazansaydı, mənə pul verəcəkdi əlavə? Samir şərik olduğumuz biznesdə məndən pulunu tələb edir. Bəs mən itirdiyim 400 min dolları kimdən istəyim? Türk şərikimiz bura gəlib izahat verəndən sonra Samirin vəziyyəti ağırlaşıb. Bizim 8 şahidimiz var. Elariz də bizə şərik olmaq istəyirdi, evini satırdı.
Dedim tələsmə, pul batar. Əgər işimiz düzəlsə, sən də qoşularsan. İndi də Elarizə mən xahiş etmədən gəlib şahidlik etdi. Mən atan olsaydım, ona da atardım. Artıq biləndə ki, işlər istədiyimiz kimi getmir, Elarizə xəbərdarlıq etdim. Elariz də deyir ki, sən mənə yaxşılıq etdin o vaxt, qoymadın evimi satım. Mənə məsləhət verdin. İnanın səmimiyyətimə ki, mən Elarizə gəl izahat ver, deməmişəm.
Sadəcə dedi ki, Kamran, mən sənin o kişiliyinə görə gəlib izahat verərəm. Sən demə, Samir yoldaşı ilə o zaman boşananda Elariz onu evinə dəvət edib ki, barışdırsın. Yəni o zaman da bizim birgə biznesimiz barədə söhbət ediblər Elarizlə. Bu məsələdə rüşvət məsələləri də var. Mən əminəm ki, hüquq-mühafizə orqanları ədalətli qərar çıxaracaqlar və məni zərərçəkmiş kimi tanıyacaqlar” söylədi.
Tahirə