Sarkisyan Davudoğludan məmnun qalıb

İndi də Ərdoğandan 24 apreldə daha güclü bir şərh gözləyir



Ermənistan prezidenti Serj Sarkisyan "CNN Türk”ə danışıb. Sarkisyan, "Türklər də ermənilər də bu bölgədədir. Qonşu olmağı biz seçmədik. Protokolları Türklər təsdiqləsəydi, hər şey fərqli olardı” deyə danışıb.

Serj Sarkisyan, "Protokolları Məclisdən geri çəkmək, Türkiyəyə verilən siyasi bir mesaj idi. Biz imzamızı çəkmədik, Türkiyə təsdiqləsə biz də təsdiqləyərik” ifadələrini istifadə etdi. Ermənistan rəhbəri, baş nazir Davudoğlunun 1915-ci il hadisələriylə əlaqədar mesajını da qiymətləndirib. Sarkisyan, "Beynəlxalq ictimaiyyətə istiqamətli bir şərh idi, ümid edirəm dövlət başçısı Ərdoğan, 24 apreldə daha güclü bir şərh verər və əlaqələr normallaşar” deyib.