
Sarkisyan hakimiyyəti buraxmaq niyyətində deyil
19:22 08.09.2016
Arxiv
448
Ona görə bir qurban lazım idi, baş nazir olduİstefadan sonra bütün siyasi və iqtisadi uğursuzluqları baş nazir Ovik Abramyanın ayağına yazacaqlar

Ermənistanın Baş naziri Ovik Abramyan öz postunu tərk edib. Abramyan Nazirlər Kabinetinin iclasında "mən istefaya gedirəm. Gələcəyi düşünməli və yeni hakimiyyət formalaşdırmalıyıq” deyərək vəzifədən getdiyini açıqlayıb. Eks baş nazir Ermənistan cəmiyyətində qütbləşmə olduğunu söyləyib: "Ziddiyyət daxili və xarici səbəblərdən irəli gəlir. Dövlət keçid iqtisadiyyatının doğurduğu problemlərlə üz-üzədir. Bu vəzifələrin öhdəsindən yeni hökumət gəlməlidir”.
Xatırladaq ki, Abramyanın yerinə namizəd kimi Rusiyanın "Qazprom” şirkətinin Ermənistan üzrə direktoru, İrəvanın keçmiş meri Karen Karapetyan müəyyən edilib. Abramyanın 2017-ci il parlament seçkilərində Ermənistan Respublika Partiyasının seçkiqabağı qərargahına rəhbərlik edəcəyi deyilir. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan isə hökumətin bütünlüklə istefaya getdiyini bildirib. Koçaryan deyib ki, hökumət istefaya getdiyi üçün bütün nazirlər vəzifələrini müvəqqəti icra edirlər. Ermənistandakı gərgin siyasi vəziyyəti şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Serj Sarkisyan Ermənistanın üzləşdiyi böhranları həll edə bilməyib. Amma buna baxmayaraq, erməni rəhbər heç vaxt öz xoşu ilə prezidentlikdən getməyi düşünməyib. Hətta uzun müddət hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişib: "Konstitusiyaya görə, gələcəkdə səlahiyyətlər prezidentdə deyil, parlamentdə və baş nazirdə olacaq. Buna görə də Sarkisyan çalışır ki, seçkilərdə ya özü baş nazir olsun, ya da yaxın adamını hakimiyyətə gətirsin. Bütün bunları həyata keçirmək üçün bir qurban lazım idi. Hazırda Ermənistan çox bərbad vəziyyətdədir. Ölkədə səfalət durmadan artır. İqtidardan kimsə buna görə cavab verməli, özünü fəda etməlidir. İstefadan sonra bütün siyasi və iqtisadi uğursuzluqları baş nazir Ovik Abramyanın ayağına yazacaqlar. Bu, həm də ictimaiyyətin diqqətini başqa istiqamətə çəkəcək. Aydındır ki, Abramyan istefa verəndən sonra ətrafına adam toplayaraq, yenidən hakimiyyətə iddia etməyəcək. Yeni gələn Baş nazir Karen Karapetyan da ölkəni qabağa aparmaq imkanına malik deyil. Baş verənlər əhalini aldatmaq, vaxt udmaq üçündür. Ermənistanın strateji müttəfiqi Rusiya belə batmış bir ölkəyə maliyyə yardımı etməyə
həvəs göstərmir. İş adamları da düşmən ölkədən üz döndərirlər. Çünki işğalçı Ermənistana qoyulan investisiyalardan gəlir əldə etmək mümkün deyil”.
E.Şahinoğlunun sözlərinə görə, müxalifət Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Sarkisyanın mövqelərini zəiflətməyə çalışır: "Qarşıdan parlament seçkiləri gəlir. Seçki yaxınlaşdıqca ciddi siyasi proseslərin, istefaların şahidi olacağıq. Hökumətdə təmsil olunan digər nazirlərin də istefası daxili publikaya hesablanıb. Erməni ictimaiyyəti təkcə Baş nazirdən deyil, bütün hökumət üzvlərindən narazıdır. Yəni nazirlər də qurbandır və istefaları ssenarinin tərkib hissəsidir. Əslində belə vəziyyətdə nazirlərin edə biləcəyi nəsə yoxdur. Ölkənin ciddi maliyyə problemləri, böyük miqdarda xarici borcları var. İş yerləri olmadığı üçün əhalinin əksəriyyəti maddi sıxıntı içindədir. Ermənistanda narazılıq doğuran kifayət qədər amillər var. Belə gedişlə Sarkisyanın baş nazirə çevrilmək iddiası reallığa çevrilməyə bilər. Digər tərəfdən Sarkisyana rəqib olan Robert Koçaryan amilini də diqqətə almaq lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya