Sarkisyan ordu və cəmiyyətimizə psixoloji təsir göstərmək istəyir - İNANMAYIN !





"Sarkisyan Azərbaycan ordusu haqqında reallığı əks etdirməyən, təxribat xarakterli məlumatlar yaymaqla çalışır ki, cəmiyyətə və orduya müəyyən psixoloji təsir etsin”.

Bunu Sherg.az-a Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycan ordusunda itkilərin çox olması barədə açıqlamalarına münasibət bildirərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. 

O bildirib ki, bütün dünya ictimaiyyətinin gözü qarşısında, ermənilər aprel savaşlarında və onların digər təxribatları cavablandırılarkən öz itkilərini gizlətməyə çalışdılar:

"Onlar aprel savaşlarında də itkilərin sayını uzun müddət gecikdirdilər. Lakin reallıq üzə çıxandan sonra məcburiyyət qarşısında qalıb, qəbul etdilər. Erməni rəhbərliyi öz hakimiyyətini möhkəmləndirmək üçün Azərbaycanın ünvanına müxtəlif təxribat xarakterli məlumatlar yaymağa çalışır. Serj Sarkisyan bunun özünü erməni xalqı qarşısında uğurlu rəhbər kimi təqdim etmək istəyir. Onun yaydığı yalan məlumatların əsasında da hakimiyyətinin ömrünü uzatmaq niyyəti dayanır”.

Azərbaycan xalqının hər zaman ordusu ilə fəxr etdiyini diqqətə çatdıran C.Xəlilov deyib ki, ordumuzun döyüşlərdə itkiləri ermənilərlə müqayisədə çox azdır:

"Ona görə də belə təxribat xarakterli məlumatlara inanmaq lazım deyil. Bütün bunların arxasında əhaliyə rahatlıq gətirmək məqsədi dayanır. Erməni anaları bu gün Sarkisyandan övladlarının hərbi xidmətə getməməyini tələb edirlər. Erməni əsgərlər də Qarabağda döyüşməkdən imtina edirlər. Erməni əsgərlərinin ölməsində xalq Sarkisyanı qınayır və tez zamanda əsgərlərin cəbhədən çıxarılmasını tələb edirlər. 

Prezident isə onları sakitləşdirmək və özünə təsəlli vermək üçün erməni əsgər analarını bu cür yalan məlumatlarla aldadır. Ona görə, biz dəfələrlə mətbuatda da bunu səsləndiririk ki, düşmənin bu cür təxribat məlumatlarına qulaq asmamaq lazımdır”.

Aysel Aslan