“Saşko Belıy” öldürüldü
07:49 25.03.2014
Arxiv
644
İki maşın onun avtomobilinin qarşısını kəsib
Ukraynada "Sağ sektor”un tanınmış nümayəndələrindən olan "Saşko Belıy” ləqəbli Aleksandr Muzıçko qətlə yetirilib.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ilk olaraq Ali Radanın deputatı Oles Doniy özünün "Facebook” səhifəsində məlumat yayıb. O, qətlin Rovno vilayəti ərazisində törədildiyini açıqlayıb: "İki maşın onun avtomobilinin qarşısını kəsib. Onu içəridən çıxararaq öz avtomobillərinə oturdublar. Daha sonra əlləri qandallanmış şəkildə yerə ataraq ürəyindən iki güllə vurublar”.
"Sağ sektor” faktı təsdiqləyib. Qurumun Rovnodakı fəallarından olan Yaroslav Qranitski A. Muzıçkonun meyitini gördüyünü, onun əynindəki paltarın cırıldığını söyləyib: "Onu öldürənlər əynində zirehli jiletin olmadığına əmin olduqdan sonra ürəyinə atəş açıblar”.
Qeyd edək ki, "Saşko Belıy” internetdə yayılan videolardan sonra məşhurlaşıb. Videoların birində o, əlində silah Rovno Vilayət Şurasında çıxış edir. Digər videoda isə onun Rovno prokurorunu döydüyü görünür.
A. Muzıçko Çeçenistan müharibəsində çeçenlərin tərəfindən döyüşüb. Rusiyada bu yaxınlarda A. Muzıçko və "Sağ sektor”un lideri Dmitri Yaroş haqqında cinayət işi qaldırılıb və barələrində axtarış elan olunub. Hətta Rusiyada hər iki şəxsi aradan götürmək barədə çağırışlar da səslənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət