Saxta əlillər 40 manat cərimələnəcəklər





Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. 

Sherg.az xəbər verir ki, dəyişikliyə əsasən avtomobilin idarəsi zamanı "əlil” adından qanunsuz istifadə edənlər cəzalandırılacaq. Saxta "əlil"lər 40 manat məbləğində cərimə olunacaqlar. Dəyişikliyə əsasən həmçinin nəqliyyat vasitəsinin parklanmasına görə, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parkalnmaya görə 10 manat məbləğində cərimə tətbiq olunacaq. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələri saxlayanlar 10 manat cərimə ediləcəklər. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə tətbiq olunacaq. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Anar