
Saxta polis geyimində qadın həbs olunub
20:32 26.04.2016
Arxiv
2419
İlqar Altay: “Son zamanlar iqtisadi çətinliklər bəzi insanları dələduzluğa meyilləndirib”

Şəkidə polis geyimində qadın tutulub. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində polis baş leytenantı geyimində bir qadını şübhəli şəxs qismində saxlayıblar.
Araşdırmalar zamanı onun polis əməkdaşı olmadığı müəyyənləşib. Məlum olub ki, bu şəxs Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Sahilə İbrahimxəlil qızı Əfəndiyevadır. Onun polis geyimindən hansı məqsədlə istifadə etdiyi hazırda araşdırılır.
Məsələyə münasibət bildirən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay xüsusi təyinatlı geyimlərin oxşarının istənilən vətəndaş tərəfindən əldə edilə biləcəyini dedi:
- Biz görürük ki, bəzən insanlar əsgər forması, yaxud zabit mundiri, eləcə də, polis orqanı əməkdaşı geyimində olurlar. Belə formaları insanlar tikdirə də bilir. Bu, adətən vətəndaşların əsgərlərə, Silahlı Qüvvələrimizə, yaxud da xüsusi xidmət orqanı əməkdaşlarına sevgisindən irəli gəlir. Bəzi insanlar üçün bu hətta bir hobbi səviyyəsində olur. Lakin burada diqqət edilməli məqam var. Dövlət təsisatı olan orqanların hər birinin xüsusi geyim forması, standartları və məxsusi nişanları vardır. Kimsə özünə bu geyimlərə oxşar formada geyim tikdirə və ya əldə edə bilər. Lakin o geyimlərdəki xüsusi fərqləndirmə və rütbə nişanlarını əldə etmək mümkün deyil. Bu fərqləndirmələr və nişanlar yalnız həmin orqanın əməkdaşına o orqan rəhbərliyi tərəfindən verilmiş geyimdə ola bilər. Xüsusi geyimləri onların üzərindəki standartlar və nişanlar, hansı dövlət qurumuna aidliyini bildirən loqolar təsdiq edir. Dövlət təsisatlarına aid geyimlərin xüsusi tikiliş forması, xüsusi nişanları, loqoları olur. Çox adam övladına əsgər forması geyindirir, amma o geyimdə zabit rütbəsini bildirən nişanlar, ulduzlar olmur axı. Xatırlayırsınızsa, sovet vaxtı aşıqlar hərbi forma geyinirdilər. Heç kəs onlara irad bildirmirdi, şübhəli şəxs kimi saxlanmırdılar. Hamı başa düşürdü ki, bu, bir geyim formasıdır, onlar seçib. Ancaq Şəkidə polis baş leytenantı formasında qadın saxlanılıb. Bu, artıq ciddi araşdırma tələb edən məsələdir. Yəqin ki, istintaq orqanları da bunu araşdıracaq. Qadın nə məqsədlə polis baş leytenantı formasını geyinib, nə üçün? Burada dələduzluq, fırıldaq, polis işçisi geyimindən sui-istifadə hallarının olması mümkündür. Son zamanlar iqtisadi çətinlik bəzi insanları dələduzluğa meyilləndirib. Bəzən belə məlumatlar verilir ki, kimlərsə özünü dövlət orqanı əməkdaşı kimi təqdim edərək insanları aldadır, pul tələb edir, işə düzəldəcəklərini vəd edirlər. Gərək vətəndaşlar ayıq-sayıq olsun, şəxsiyyəti təsdiq edən sənəd tələb etsinlər, hər adama inanmasınlar.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm