Seçkiləri izləmək üçün Azərbaycan Avropa Parlamentinə müraciət etməyib
07:41 14.03.2018
Arxiv
658
Bəzi media qurumlarında Avropa Parlamentinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə əlaqəli məlumatlar yayılıb.
Məlumatda bildirilir ki, guya, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.
Yayılan məlumatlara əsasən, Avropa parlamentinin seçkilərdə iştirak etməyəcəyi ilə əlaqədar qurum nə prosesi, nə də onun nəticələrini şərh edəcək.
Bununla bağlı Modern.az saytı Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovla əlaqə saxlayıb. O bildirib ki, qeyd edilən məlumatların heç bir əsası yoxdur:
"İlk növbədə bu günə qədər Azərbaycan tərəfinin müraciət etdiyi beynəlxalq təşkilatların hər biri ölkəmizdə keçirilən istənilən seçkilərdə iştirak ediblər. Lakin Azərbaycan növbədənkənar prezident seçkiləri ilə bağlı Avropa Parlamentinə müraciət etməyib.
Buna görə də məlumat yayanlar yanlışlığa yol verirlər. Əgər məsələni dəqiqləşdirmək istəyirlərsə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə müraciət edə bilərlər. O zaman səhvə yol verdiklərini bir daha anlayacaqlar”.
Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər qismində ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar iştirak edəcəklər.
Azərbaycanda prezident seçkilərin aprelin 11-nə təyin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur