“Sədərək”də 1600 m² olan anbarın 900 m² sahəsi yanıb - RƏSMİ
Fövqəladə Hallar Nazirliyi (FHN) Sədərək ticarət mərkəzindəki yanğınla bağlı növbəti açıqlamasını yayıb.Nazirlikdən "Sherg.az"a verilən xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.