"Yaşayır kimi idi, sanıram ölmüş"
Antaliyanın Finike qəsəbəsində məskunlaşan Hadice Duman , səhər baxıcısına təslim etdikləri 8 aylıq körpələri Nefesi, günortadan sonra beyin qanaması keçirmiş halda geri götürüb. Türk mediası xəbər verir ki, Nefes keçirdiyi iki əməliyyatdan sonra həyatda qalmağı bacardı. Ailə baxıcısı haqqında isə cinayət işi qaldırıldı.
Finikedə yaşayan 31 yaşlı Hadice Duman , ilk körpələri 8 aylıq Nefesə baxması 4 uşaq anası D. A. ilə razılaşdı. 24 aprel səhəri körpəsini baxıcısının evinə buraxan Hadice Duman , günortadan sonra onu telefonla axtaran baxıcının söylədikləri qarşında şok oldu.
"Yaşayır kimi idi, sanıram ölmüş"
"Körpə ölür, yetişin" sözlərindən sonra taksiylə baxıcının evinə gedən Hadice Duman, yaşadıqlarını belə danışır: Telefonda eşitdiklərim qarşısında çox pis olmuşdum. Məni baxıcının evinə aparan taksi sürücüsü ilə birlikdə uşağımı götürmək üçün yuxarı çıxırdım, baxdım ki, baxıcı qucağında uşağımla enir. Körpəmin əllərini, ayaqlarını yoxladım, nəbzi vurmurdu, ölmüş kimi idi. 'Körpəmə nə oldu?' deyə soruşduğumda baxıcı 'Yaşayır kimi idi, sanıram ölmüş' dedi. Bizimlə birlikdə xəstəxanaya gəldi və oradakı həkimlərə körpəmə soyuq dəydiyini söylədi. Xəstəxanadan körpəmi təcili yardımla Antaliya Təhsil və Araşdırma xəstəxanasına sövq etdilər."
"Yüzdə 20 faiz həyatda qalmaq şansıyla əməliyyata alındı"
Burada Nefesin dərhal reanimasiyaya alındığını ifadə edən Hadice Duman , çəkilən beyin tomoqrafiyasında zədəyə bağlı beyin qanaması keçirdiyinin təyin olunduğunu söyləyib. Körpəsinin yüzdə 20 faiz həyatda qalmaq şansıyla əməliyyata alındığını ifadə edən ana, əməliyyatdan sonra uzun müddət reanimasiyada qalan Nefesin ilk əməliyyatla alınan kəllə sümüyünün ikinci əməliyyatla yerinə qoyulduğunu ifadə edib.
"Bu işin arxasını buraxmayacağıq"
Həyat yoldaşı 35 yaşlı Cem Duman ilə yaşadıqları hadisə qarşısında yıxıldıqlarını, körpəsinə nə olduğunu bilmədiyini söyləyən ana, o çətin müddətdə yalnız körpəsini düşündüyünü, körpəsi əməliyyatdan çıxdıqdan sonra da baxıcı haqqında jandarmaya şikayət edəcəyini bildirib. Hadisənin prokurorluğa yetdiyini söyləyən Hadice Duman bu işin arxasını buraxmayacaqlarını, məhkəmə gününü gözlədiklərini sözlərinə əlavə edib.
"Körpə başından zərbə almış"
Nefesin əməliyyat edildiyi Antaliya Təhsil və Araşdırma xəstəxanasından isə bu məlumat verildi: Körpə bizə gətirildiyində beynində zədəyə bağlı qanama vardı. Bu cür hadisələrdə zədə, bir yerə çarpma, bir yerdən düşmə kimi başın hər hansı bir səbəblə zərbə aldığı nəticəsində meydana gəlir. Beyin qanamasına bağlı olaraq körpənin sol tərəfində hərəkət zəifliyi vardı, ancaq müvəffəqiyyətli əməliyyatla hazırda sol tərəfindəki hərəkətlilik böyük nisbətdə düzəldi. Zaman içərisində daha yaxşı olacağını ümid edirik. Körpənin ikinci əməliyyatı isə kəllə sümüyüylə əlaqədar idi. Ümumi vəziyyəti bu anda yaxşıdı. Beyin cərrahı xidmətində nəzarət altındadır. Ən qısa zamanda xəstəxanadan buraxmağı planlaşdırırıq."